Page 92 - Vahid Rzayev
P. 92
90
***
İnsan, Kainat...
Canlıya, İnsana, “soyuq dəymir”, ətrafın qarası, acısı, hopur canımıza, gör ki, bu insan
nə imiş!
İnsan - Kainatla, Yer Aləmi arasında, rabitə üçün yaranıb!
O, Kainatla, öz arasındakı, “rabitəni”- pozmağa çalışdıqca, Təbiət də, karıxır!
O, əsir, coşur, silkələyir, sanki, suallar yağdırır, Yer üzünə!
Onda, İnsan - vahimələnir, qorxur, həyəcanlanır, yenə də, üzünü Kainata tutur,
Kainatla özü arasında “o, ilkin rabitəni”-çağırır!
Onun, “çağrışı Eşidildikdə” - ətraf, təbiət, sakitləşdikcə, insan yenə də, çağırışlarını,
yalvarışlarını, unudur!
Gör ki, bu İnsan nə imiş!
Yenə də, o rabitəni zəiflədir, Yer üzünə, yenə də, hökm etmək istəyir!
Yenə də, təbiət coşur, daşır, ətrafı dartır, silkələyir, İnsan, yenə də, təlatümlə, qorxu
ilə, Kainatı yenə, çağırır!
Gör ki, bu insan nə imiş!
12.08.2015
***
Meyxanə, meynə, dil
Azərbaycan xalqının, əsrlərdən - əsrlərə keçərək, bizə qədər gəlib çatan, yaddaş
tarixinə daxil olan, gerçəkliklərdən biri də, onun Qəzəl aləmidir.
Bu aləmdə, Meyxanə janrı da, olub, var və olacaqdır.
Meyxanəni səsləndirməyə, fəlsəfi fikri çatdırmağa, istedad lazımdır.
Meyxanə janrının, heç də çaxırla, meylə, bağlılığı yoxdur. Bir çox hallarda, Meyxanə
haqqında, çox bayağı, qondarma fikirlər, səsləndirilib və həqiqətin nəyə bağlı olduğu,
əslində gizlədilərək, insanları karıxdırmağa, çalışıblar.
Adam sərxoşsa, özünü, (müvazinətini), dilini, (topuq vuran) qafiyəyə sığışdıra,
bilməz.
Meyxanənin isə, qaiyəsi, sərrast, məntiqdə mə'nalar düyünü olan,qafiyəyə sığaraq,
qafiyədə, qalıbdır
Meyxanənin, qafiyəsi də, Qəfildən, Bədahətdəndir
Meynələr çubuğundakı xanələr arası məsafələr, (simmetriya) pozulmur!