Page 97 - Vahid Rzayev
P. 97

95




                  Babalarımız  ,  atalarımız  həmişə  Naxçıvan  toy  məclislərində  mütləq  qaydada  yallı
                  tutmaqla, mə`şəllər yandırmaqla o ərazidə xilas, təşəkkür, işığa ümid kimi baxıblar.
                  Yallı rəqs qruplarında qırmızı geyinməklə və başda olan yallı aparıcısının bir əlində
                  mütləq olaraq qırmızı dəsmalla ifa ediblər. Qırmızı işığın, istinin tərənnümçüsüdür.
                  Yallı janrı nəfəsli musiqi aləti olan zurna ilə icra olunur.
                  Zurna, dəm zurna, davul yallı iştirakçılarını müşayiət edir.

                  Zurna musiqi aləti səs tembrinə görə aparıcı, bütün musiqi səslərini bir yüksək səs
                  nizamına səsləyir.
                  Musiqi  aləti  olan  zurna  aparıcı  bir  səs  olmaqla  yanaşı,  eyni  vaxtda  ərazi  ad
                  daşıyıcısıdır, necə ki, Zurvan, Zəngəzur, Astazur və s.

                  O  zurna  səsi  çox  uzaqdan  eşidilsə  də  onun  səs  tezliyi,  səs  tembri,  məsafəyə  görə
                  dəyişmir. Eyni səs tembrini, dəyişməz saxlayır. Çağırır, səsləyir, oyadır, düşündürür,
                  əhval – ruhiyyəni yaxşılaşdırır.

                  Zurna musiqi  səsi  mətinlik,  şücaət,  qəhrəmanlıq,  əziyyətlərə  sinə  gəlmək,  özünü
                  təsdiq  etmək,  gizliləri  bəyan  etmək,  qaranlıqlar  arasında  xilas  və  nicat  çağırışıdır.
                  O musiqi aləti, kainat səsinin incə bir səs tərənnümcüsüdür.
                  O  dövr  insanlar  tufana  qədər  də  tufan  ərəfəsindən  sonra  da,  yenə  də  bir  inam
                  daşıyıcıları olaraq qaldılar. Onlara mə`lum idi ki, işıq yaradıcı və törədicidir.

                  İşıq, o işıqdan isti, o istidən yalov, halov, alov törəyər. O alova, o istiyə ki, bütün canlı
                  varlıqlar, kütlələr, cisimlər, bütün bəşəriyyət o alova istiyə  möhtacdırlar və möhtac
                  olaraq da qalacaqlar.
                  Kainatlar da O Mütləq İşığa, istiyə möhtac yarandılar.

                  Yer kürəsinə Günəş olmasa, işıq olmaz. İşıq olmasa, isti olmaz. İsti olmasa, hərəkət
                  olmaz  əkin  olmaz,  biçin  olmaz  və  nəticələr  olmaz.  İnsan,  canlı  törəməz.  O  dövr
                  insanların xilasına səbəblərdən biri də bunlar idi.
                  Urfani  yallı  rəqsi  Ur  –  mi  (  uç  səmt)  ur  –  va  (  o  lavaş  yapılanda,  oxlovla  xamır
                  arasında  sərf  olunan  un  miqdarıdır).  O  urfa,  bir  –  birliyə  yığma  funksiyası

                  daşıyıcısıdır.
                  Yallıda urfanı ərazi və birlik anlayışı daşıyıcısı olmaqla, şadlıq daşıyıcısıdır.

                  Bütün yuxarıda deyilənlər ustad tarzən Əkrəm Məmmədlinin oğlu Kə`nan Məmmədli
                  ilə birlikdə yallılarımızı toplamağı və onları nota salması, nota gətirməsi çox böyük
                  bir tarixi hadisədir.

                  Naxçıvan ərazisinin özü maraqlı bir ərazidir.
                  Naxçıvan ərazisində çox maraq doğuran təbii göl var.

                  O göl, Naxçıvan şəhərindən 80 km məsafədə Şimali – Şərq istiqamətdə, Kiçik Qafqaz
                  sıra dağlarının Zəngəzur dağ silsiləsində Şahbuz ərazisində Batabat yaylağındadır.
   92   93   94   95   96   97   98   99   100   101   102