Page 912 - Vahid Rzayev
P. 912

910




                  Xıdır, “papucunun tayı”...
                  Hər il, bu günlərdə, bu ərəfələrdə, yə'ni ki, bu Fevral (indiki təqvimlə), ayında, Xıdır
                  bayramı olardı.

                  Xıdır bayramı, elə indi də, var!
                  Amma,  həmin  Xıdır  bayramını,  Fevral  ayında  yad  edilməsinin,  öz  yadda  qalan,
                  mahiyyət halı var.

                  Həmin,  bu  ərəfədə,  yad  edilən  həmin  Xıdır  bayramının,  Azərbaycan  ərazisində
                  keçirilməsi, çox - çox qədimdən, gəlib bizə çatan çox mühüm olan bir, bayramdır.

                  Xıdır - Xızır bayramı, Çillə bayramları ilə əlaqədar keçirilən, yad edilən, bir bayram
                  olmaqla,  daha  soyuq  havaların  keçib  getməsi,  havanın,  torpağın  daha  tədricən
                  istinməyə  başlayan  ərəfəsi  kimi  yad  edilərək,  həmin  gün,  dənli  bitki  toxumlarını,
                  saclarda, ocaq üstündə, qızardaraq, şənliklər, şadyanalıqlar keçirilərdi.
                  Həmin bayramın mə'nası ondan ibarət olurdu ki, torpaq daha tez istinsin, bütün dənli
                  bitkilərin  toxumlarını,  dənələrini,  çərdəklərini,  şərti  olaraq,  saclarda,  istidərək,
                  qovuraraq, bu  hal,  o  mə'nanı  kəsb  edərdi  ki,  bütün  dənli  bitkilərin  toxumlarını  tez
                  istinsin, tez cücərsin, bolluq olsun.

                  Həmin, bayram günü ərəfəsində, şadyanalıqla belə bir sözlər deyilərdi,
                  “Xıdıra - Xıdır deyərlər,

                  Xıdıra, çıraq qoyarlar,
                  Mən, Xıdırın nəyiyəm,

                  Papucunun, tayıyam”.

                  Deyilən bu mətn uzundur, amma yadda çox qalan, bir bənd, budur.
                  Bu  bayramın  keçirilməsi,  Naxçıvanda  kiçikli  -  böyüklü,  bütün  əhalinin,  yad  etdiyi
                  bayramlardan, əziz olan bayramlardan biri də, Xıdıra - Xıdır, bayramıdır.

                  Bayramla yanaşı, yuxarıda qeyd edilən mətn tərkibində bir, “Çıraq”, bir də, “Papuc”,
                  kəlməsi çox maraqlı olan bir ifadədir.
                  “Çıraq”, mə'lumdur ki, gecəyə, qaranlığa işıq salmaq üçün istifadə olunurdu.

                  Amma ki, bu “Papuc”, yə'ni ki, ayağa geymək üçün istifadə olunan, ayaq geyiminin,
                  yə'ni, bir tayının, yad edilməsinin, burada nə anlam daşıdığı, çox maraqlıdır.
                  Deməli, ən qədim ayaq geyiminin, bir adı, Papuc olub.

                  Sonrakı bir adı da, “Çarıq”, olub.

                  “Ayaqqabı”  kəlməsi,  yəqindir  ki,  yaxınlarda,  bu  yaxın  keçmişdə,  belə  adlanmağa
                  başlayıb.
                  Amma ki, yuxarıdakı mətndə, “papuc”, deyilir.
   907   908   909   910   911   912   913   914   915   916   917