Page 908 - Vahid Rzayev
P. 908

906




                  Amma ki, inamla deyilir ki, baş verən, o hadisə, nəzərdə tutulmadığından, onun vaxtı,
                  şəraiti əvvəldən bilinmədiyi halda, o hala hazırlıqsız, ona, o hala, hazır olmadan baş
                  vermə hadisəsinə, “təsadüf”, “təsadüfən”, deyilib.
                  Bu hal, “təsadüfən”, adlığı, vaxtsız - zamansızlığın, işarə halıdır.

                  “Təsadüf” - yoxdur, çünki Vaxtsız - Zamansızlıq, mövcuddur.
                  Çünki vaxt - Zamanın özü də, axıcıdır.

                  Yer üzünə gələn canlı, tamamlanmış, anatomik - bioloji - fizioloji, halla Yer üzünə
                  yenib gəlir.

                  İnsan, canlı, Yer üzündən ayrılarkən, yə'ni ki, “ölüm”, anında, onun öz anatomik -
                  bioloji, görkəmi,  bir  cansız  bədən  kimi,  bir  konstruktiv  quruluş  kimi,  Yer  üzündə
                  qalır.
                  Yə'ni ki onun, insani olan görkəmi, Yer üzündə qalır.
                  Deməli onun bədən quruluş halı da, bu Yer məkanında qalmaqla, baş, bədən, göz, əl -
                  ayaq və sairə, bu Yer üzündə qalmaqla, o, Yer üzünü, tərk edir.

                  Maraqlı  və  qəribədir,  o  insan,  bütün  bədən  forma  quruluşunu  bu  Yer  üzündə
                  saxlamaqla, Əbədiyyətə yüksəlirsə, bir halda da, deyilir ki, “o biri aləmdə, o etdikləri
                  ilə qarşılaşacaqdır”.
                  Deməli hər hansı halla qarşılaşmaq üçün, o halı görməyin özü də, lazımdır.

                  Əgər, o ölən, bütün bədən formasının quruluş halını, Yer üzündə qoyub, Əbədiyyətə
                  isə,  “gözsüz”,  “gözləri”,  Yer  aləmində  qalmaqla,  qayıdıbsa,  o  hər  hansı  bir  halı,  o
                  aləmdə necə görə bilər ki, hansı gözlə görə bilər ki?
                  Məsələ burasındadır ki, Yer aləmində, bütün Dini ayinlərin, icraasının bir üslubu var.

                  Hər bir Ayini, yerinə yetirərkən, icra edərkən, bütün ayinlərdə, hər hansı bir üsulla,
                  dini ayin  zamanı,  məcburi qayda  da,  əl  -  barmaqlar,  Alın  mərkəzinə,  iki qaş arası,
                  nahiyəyə, toxunmaqla, icra olunur.

                  Dini  ayin  icrasının  hansı  ərazidə  icra  edilməsindən  asılı  olmayaraq,  heç  biri,  heç
                  birindən,  fərqi  olmadan,  həmin  ayinlər,  mütləq  olaraq,  Alın  nahiyəsindən  icra
                  edilməyə, başlayır.
                  Yə'ni  ki,  bu  hal  ona  işarədir  ki,  icra  etdiyin  hər  -  hansı  bir  ayin,  dua,  Kainatı
                  çağırışının  nəticəsini,  öz  anatomik  gözündə  yox,  Zəka  gözündə  görəcək,  Zəka
                  gözündə biləcəksən.

                  Zəka Gözünün mərkəzi isə, Alındadır.
                  Bütün Dini icraatlar, Alından başlamaqla, yerinə yetirilir.

                  Buddistlərdə,  iki  birləşdirilmiş  əllərin,  iki  qoşa  barmaqlar,  Alına  toxunmaqla,
                  əyilərək, başla tə'zim etməklə, yerinə yetirilir.
   903   904   905   906   907   908   909   910   911   912   913