Page 911 - Vahid Rzayev
P. 911

909




                  Həmin Payız mövsümünün əlaməti isə, ağaclarda yarpaqların saralması, budaqlardan
                  düşməsi ilə əlaqələndiririk.
                  Amma, gedən bu dəyişikliyə bir o qədər də, əhəmiyyət və fikir vermirik.

                  Havaların soyumağa başladığı ərəfədə, ağaclar torpaqdan su miqdarını qəbul etməsini
                  kəskin azaldaraq, gövdəsində, budaqlarında, qollarında, yarpaqlarında, olan bütün su
                  miqdarını özündən kənarlaşdırmağa başlayır.
                  Bu hal, bu proses, dəyişilməyən, yubanmayan, gecikməyən bir haldır, o səbəbdən ki,
                  ağaclar gövdə tərkibində olan su miqdarından, özünü azad etməklə, o özünü, Qışa, o
                  kəskin soyuqlar ərəfəsinə hazırlayır.

                  Gövdədən,  su  miqdarını  azaltmaqla,  ağacın  tərkibində  olan  bütün  plazma  tərkibini,
                  saflaşdırır,  təmizləyir,  gücləndirir  ki,  qış  mövsümündə  kəskin  soyuqlar  ərəfəsində,
                  ağac, öz daxilindən, donmasın.

                  O  ağacın  tərkibində  su  miqdarı,  ağacın  gövdə  nisbətinə  uyğun  olaraq,  artıq  qalmış
                  olsa, kəskin soyuqlar ərəfəsində, ağac şaxtadan, ortalama, şaqqalanıb parçalanacaq və
                  sınacaqdır.
                  Bu sadə səbəbdən, ağaclar payız mövsümündə, Yay mövsümü ərəfəsində, öz tərkibinə
                  topladığı  su  miqdarını  azaltmaqla,  özünü  soyuqdan  qorumağa  çalışaraq,  öz  gövdə
                  tərkibinə,  toplanmış  su  miqdarından  özünü  azad  etməyə  başlayanda,  su  miqdarının
                  kəskin  çoxalmasından  yarpaqlar,  saralmağa  başlayaraq  və  nəhayət  budaqlardan,
                  tökülüb, ayrılırlar.
                  Ağac  tərkibində  nizamlanmış  su  miqdarı,  ağac  tərkibində  olan  həyat  verici  plazma
                  qədəri tarazlaşanda, ağaclar onda arxayın, rahatlıqla, “qış yuxusuna” gedirlər.

                  Bu hal, heç də, bizə o anlayışı, o əsası verə bilməz ki, ağaclar, heyvanat aləmi, ağılsız,
                  şüursuz, bitkilər aləmi və örtüyü isə, Yer üzünün ancaq bəzəyi olmaqla, onlar ancaq
                  görkəmdir.
                  Bir halda da, bu gördüyümüz, bildiyimiz bütün bu Aləm də, Təbiət də, Səmaların özü
                  olmaqla  da  belə,  onların  hamısını,  “cansız  bir  substansıya”  kimi,  qəbul  edilməsi
                  mümkünsüzdür!
                  Qətiyyən  heyvanat  aləmi  şüursuz,  yaddaşsız,  yaşıllıq  örtüyü  isə,  ancaq  bir  bəzək,
                  bütün Aləmlər isə, cansız substansiyadan ibarət ola bilməzdi.

                  Çünki,  bu  hallar,  heç  də,  şüursuz,  yaddaşsız,  cansız  olan  bir  materiyanın  mövcud
                  olması da, deyildir.
                  Gördüyümüz, bildiyimiz, bütün  aləmlərin,  olan  bütün  bu  halların,  özünün  də,  bir
                  uydurma olmadığına əyani sübutdur.

                  07.02.2018

                  ***
   906   907   908   909   910   911   912   913   914   915   916