Page 913 - Vahid Rzayev
P. 913
911
Niyə burada, “papuc”, kəlməsi keçir?
Əgər, həmin kəlməni, hecalarda oxusaq, onda belə bir, çox maraqlı mahiyyət ortaya
çıxır.
Burada, “pap”, örtük, qoruyucu, müdafiəçi, kimi anlayış verirsə, “uc”, kəlməsi isə,
həmin mə'mulatın, uc hissəsinin, iti, sivri, uzanmış, halda olduğu konstruksiya
formasının, təsvir edilməsidir.
Yə'ni, “Pap-uc”, geyim olaraq, nəyinsə üstünü örtməklə, onun uc hissəsinin, iti
ucluqlu olduğu, bildirilir.
Həmin, “pap”, sözün kök kəlməsi, daha haralara, işlədilməyə başlayıb?
“Pap-irus”- kağız mə'mulatı.
Onunla, nəyi isə, örtmək, bükməklə, onun özünü də, bükməklə, istifadə edilən.
“Papiros” - yə'ni ki tütünü, həmin o, ağ kağıza, papirusa bükməklə, əldə olunan,
mə'mulatın adı kimi, xarakterizə olunur.
“Papka” - kağız qovluğu.
O, papkanın içərisinə, o örtüyün içərisinə, kağız yığmaq üçün istifadə olunan, qovluq.
“Papaq” - baş geyimi, başa, yə'ni, Ağ düşüncəli olan, (Qara niyyətli yox.
Azərbaycanda, “başında papağını bərk saxla”, ifadəsi, yə'ni ki, imkan vermə, Ağ işıqlı
olan - Ağıl başına, Ağıllı başına, qaranlıqlar, qara fikirlər dolsun), o, nahiyəni, örtən,
qoruyan.
Və sairə, və bu kimi, amma ki, Azərbaycan ərazisində sözlərin, kəlmələrin onların
işlədilmə mahiyyətləri, heç də, söz yığımından ibarət olmayan, həmin halın,
mahiyyəti daha çox yer tuturdu.
“Papucunun tayıyam” - deməkə, ərazimizə ancaq isti, bolluq, rahatçılıq, çıraq işığı
gətirə biləni, nəzərdə tutaraq işlədilmiş çox böyük bir mə'na, anlayışıdır.
08.02.2018
***
Düşündürücüdür...
Çox sağ olun Əhməd müəllim.
Amma sizin təqdim etdiyiniz tarixi ərəfə xronoligiyası, tarixi ardıcıllığın Mifik yox,
real bir tarix mərhələsinin keçid aralarını xatırlatdınız.
Xıdır - Xızır - Nəbi - kimi adlıq olması, ad daşıması və Yer üzünün bir çox
ərazilərində, Xızır adının tanınması, o adın bilinməsi, daşınması, mif, əsatir, rəvayət,
uydurulmuş nağıl ola bilməzdi.
Çünki, Yer üzünün tarixi mərhələlərində, iki dövr qalıbdır.