Page 917 - Vahid Rzayev
P. 917

915




                  Gözlə ki, bax ki...
                  Artırar, bəxş Edər...

                  Kiminləsə, onun vasitəsindən...
                  Çatdırar, Sevindirər...

                  Yer üzündə bu çağırışa - Dua, Duadandır - dedilər.

                  Duasız da - olmur, dedilər.
                  10.02.2018

                  ***


                  Xızır - Xıdır, işığı...
                  Xızır - Xıdır bayramında,

                  “Xıdıra - Xıdır deyərlər,

                  Xıdıra, çıraq qoyarlar”
                  ifadəsində,  yə'ni  ki,  Onunla  olan,  İşığının  qarşısında,  onunla  gələn,  işıq  qarşısında,
                  İşıq yandırarlar, dəyilərdi.

                  Çox maraqlıdır ki, çox-çox qədim dövrdən, Azərbaycan ərazisində, yaşayış sahəsini,
                  axşamlar işıqlandırmaq üçün, “durna gözü”, deyilən Çıraqlardan istifadə ediblər.
                  O, çıraqlarda yandırmaq üçün, zeytun yağından istifadə olunurdu.

                  Zeytunun,  özü  və  yağı,  ilk  insan  yaranışından,  onun  yağını,  müxtəlif  sahələrdə
                  işlədilirdi.
                  O dövrdən də, Zeytunun özü də, ağacı da, çox dəyərli, çox faydalı, çox qiymətli olan
                  ağac sayılır.

                  Onu, o, Zeytun ağacını, ərazimizdə, çox əziz bilirdilər.
                  “Durna gözü”  ilə,  yaşayış  sahəsəni  işıqlandırmaq  üçün  istifadə  edilən  Zeytun  yağı,
                  yanarkən, ağır, hisli yanmasın deyə, o, yağın tərkibinə, çox az miqdarda, nisbət hesabı
                  ilə, su əlavə etməklə məqsəd, işığın daha da, Parlaq olması üçün, saçması üçün, belə
                  bir üslubdan istifadə edilirdi.

                  Bu zaman, yağla - su miqdarının qarışığı, birlikdə yanarkən, o yanan kütlədən səs,
                  “çırtıltı” səsi çıxardığından, Durna gözünün bir adını da, onun işlək halını, mexaniki
                  vəziyyətini, iş prinsipini, iş fəaliyyətində çıxartdığı səsi ifadə etməklə, yanarkən baş
                  verən səslənməsini bildirməklə, “çırtıltı, şır, çır-Ağ”, kimi, ifadə olunaraq, “Çıraq”,
                  deyilirdi.
                  Çox - çox sonralar, məişətdə işlədilən, neft lampalarına da, elə indiki dövrün özündə
                  də, “Çıraq”, deyilir.
   912   913   914   915   916   917   918   919   920   921   922