Page 921 - Vahid Rzayev
P. 921
919
***
Sevgi günü, sevənlər günü...
Bu gün, sevgililər günüdür,
Sevənlərin, sevən günüdür.
Sevgilər yaddan çıxmasın deyə,
sevgililərin, “qeyd günü” kimi, yad edilən günüdür.
Sevginin yaşı varmı, sevginin günü varmı?
Sevgi yer üzünə, ilk insanda gəlib,
İnsandan - insanlar arasına, sevgilər gəlib,
“Onu”, hansı gün gördün, o gün elə sevgi günüdür.
O gün sevgi günü, həmin gün, məhəbbət, günüdür,
Sevginin günü yoxdur, sevgi yaddaşda hər gündür,
Sevginin günü, il boyu ancaq bir gün üçün, yada düşmür!
14.02.2018
***
Onun ətəyi, yoxdur ki ...
Nə tutmusan, bu dünyanın ətəyindən?
Axı yoxdur, bu aləmin, bu dünyanın, ətəyi də.
Kim dedi ki, dünya durubdur bir yerdə?
Dünya dayanmaz ki, öz yerində.
Dünya, hər fırlandıqcan, dönüb başqa bir dünya, olacaq da, deyil ki...
Əgər, dünya dayansa, donsa, sussa, ləngisə, daha, o, dünya deyil ki...
Əgər dünya, “ölmək, donmaq, dayanmaq”, üçün olacayıdısa, onda o, kimin dünyası,
nəyin dünyası, olacaydı ki...
Olan, bu dünyadır, görə bildiyin də elə, olan dünyadır, sən olduğun da elə, bu
dünyadır.
Var olduğun bu dünya da, sənin, deyil ki, bu dünya da!
Əgər dünya hərəkətdəsə, gecə - gündüz hərəkətdəsə, deməli aləmlər də, onunla birgə
hərəkətdə.
Aləmlər fırlanırsa, əbədiyyət də, fırlanır.

