Page 916 - Vahid Rzayev
P. 916
914
Məsələ, həll olunur.
Tənlik, həll olunur.
Riyazi, düstur da, həll olunur.
Deməli, iki həll metodu, var.
Bir həll metodu, bizi əhatə edən, təbiət arasında, su ilə, havadır.
İkinci həll metodu isə, düşüncədir, mə'na və məntiqin, ağıl gücündə olan, həllidir.
Onda, nə həll olunmur ki?...
Bütün hallar, bütün vəziyyətlər, bütün şəraitlər, həll olunanlardır.
Nə, həll olunmazdır ki?...
Əgər, bu aləmdə, həll edicilər varsa, onda, nələr həll olunmazdır ki?...
09.02.2018
***
Duasız - olmur dedilər...
De - Duadır...
Çağır - Duadır...
İstə - Duadır..
Gözlə - Duadır...
Eşidər - Duadır...
Çatdırar - Duadır...
Təşəkkür - Dua...
Şükür - Dua...
Yer aləminə gələrkən - Dua...
Yer aləmindən ayrılarkən - Dua...
Bax ki - Duadandır...
Gör ki - Duadandır...
Ayırar - Dua ilə...
Bəxş Edər - Dua ilə...
Azaltmaz, Kəsməz - Dua olan yerdə...
Necə - Duasızdır ki?...
Necə - Duasız olar ki?...
De ki, çağır ki...

