Page 914 - Vahid Rzayev
P. 914
912
Dünya Tufanına qədər olan ərəfə, Dünya tufanından sonrakı mərhələ.
Həmin Dünya tufanının baş verməsi, həmin Tufandan xilas etmiş və xilas olmuş,
Nuhun adı və məzar yeri, mə'lumdur.
Həmin Xızır, həmin Xıdır, həmin Nəbi, həmin Ağ atlı oğlan, həmin Xilaskar, həmin
soyuq arasına, istini, o isti ərəfıni gəyirməklə, dənli bitkilərin toxumlarının, torpağa,
əkinə yararlı olma ərəfəsi, heç cürə uydurma, mif, əsatir, rəvayət ola bilməzdi.
Bu səbəbdən Xızır bir peyğəmbər kimi, çox-çox qədim tarixdən, bu günə kimi gəlib
çatıbdır.
Elə onun Adını və özünün olduğu ərəfənin, (indiki təqvimlə, Fevral ayında, iki Çillə
mərhələsi arasında), bayram, şadyanalıqla yaddaşlarda bu günə qədər yaddaşlarda
saxlayan, ərazi sakinləri, bu ərazinin oturaq həyat sürmüş, sakinləri olublar.
Ola bilsin ki, dünya xalqlarının, Əlifba, Alfavitlərində, çox-çox qədim dövrdən,
fonem kimi, “I” hərfi işlədilməsin, (qeyd: bir çox alfavitlərdə, əlifbalarda, 28 -
hərfdən, bir çoxları 32 - hərfdən istifadə edir. Bə'zi alfavitlərdə, indinin özündə də, bir
çox həriflər həmin, o, alfavitlərdə işlədilmirlər), amma ki, Yer üzü bütün əlifba və
alfavitlərin birinci hərfi, “A”, hərfi olaraq, başlayır.
Çox böyük ehtimalla, həmin Xızır adınıda olan “I”, hərfini “A” hərfi ilə tələffüz
etdikdə, şox qədim dövrdən, Xazar, kimi tələffüz etmək olardı.
Belə olan halda, həmin Xızırın olduğu ərazini, o, məskənin yerinin, göstərərkən,
həmin Xızır adı - daha Xazar, adı ilə, ərazinin, xilaskarın, adının mənsubiyyətini
bildirməklə, Xazarlar, Zarlar, Azlar, sonrakı tarixi mərhələlərdə Azarlar, (“a”, hərfi
düşüb, “ə”, hərfi ilə tələffüz olunaraq, Azərlər), kimi də, ərazi və əhalinin də həmin ad
daşıyıcısı olması çox - çox, mümkündür.
Amma, niyə həmin o tarixi şəxsiyyətin adını yaşadan unutmayan, bir ərazi Naxçıvan
ərazisi, həm Nuh, həm Xızır, həm Xıdır, kimi səciyyələndirib yaddaşlarda saxlayan
ərazi Naxçıvan olub?
Çünki onlar bu ərazinin, bu Azərbaycanın ərazisini bu ərazidən də elə, Dünya
xalqlarına, tanıdıblar.
Dənizi - Xazar,
axar çayı - Zar, tərsinə oxunuşda Araz,
xalq - Zərlər, Azərlər,
indiki ərazi adı - Azərbaycan.
Bu, ad ardıcıllığını, bilərəkdən belə qurmaq, belə ardıcıllaşdırmaq, mümkünsüz olardı.
Bu olan ardıcıllığı bu qədər bir - birinə yaxın olaraq uydurmaq da, yəqindir ki,
mümkünsüz olardı.