Page 909 - Vahid Rzayev
P. 909
907
Krışnaçılıq da, iki barmağını, Alına toxundurmaqla icra edilir.
İsavilikdə, bir yerə düyünlənmiş, üç əl barmağı, Alına, Qarına, iki sağ - sol, Çiyinə
toxunmaqla, icra olunur.
Müsəlman aləmində isə, Dini ayin zamanı, Namaz qılınarkən, Canamaz üzərinə,
Möhür qoymaqla, Alın mərkəzi mütləq olaraq, həmin o, Möhürə toxunmaqla, icra
olunur, yerinə yetirilir.
Bu hal tək bir mə'na daşıyır, bu Material Aləmdə, öz gözünlə gördüklərinlə, o biri
Aləmdə isə, Əbədiyyət aləmində isə, etdiklərinin nəticəsini, “Zəka gözündə, qaşlar
düyünləndiyi yerdə, ağlını bir yerə cəm olduğu yerə, görərsən, bilərsən”, anlayışı
daşıyır.
Yer üzünun, bütün insanları, bütün bəşəriyyət, qəbiristanlığa, məzarlığa, bu Dünyadan
köçənini yad etmək üçün, gedərkən, dualar edərkən, əllərini yanlara, Kainata açır,
amma heç vaxt, əl barmaqlarını, yaxud da, heç bir şeyi, alnına yaxın aparmır,
yaxınlaşdırmır.
Ancaq, hələlik Yer aləmində olmaqla, ölənin adına, dualar edir.
Amma, Dini Ayinlər zamanı, mütləq ilk olaraq, ayinin başlanmasını, Alnından
başlamaqla, Zəka gözünün açılmasını, Zəka gözü ilə, Aləmlərə, qalxmaq, qovuşmaq
istəyi, anlayışıdır.
Hardan gəldik, hara çatdıq...
03.02.2018
***
Qəribədir bu insan...
Qəribədir, maraqlıdır bu İnsan.
Yenib gəldiyi o, aləmə, “ölumdən keçməklə” qayıdıb getmək istəməyən, bu İnsan.
Yer üzünə, İşıqdan gələn bu İnsan, qayıdacağı o Aləmə, ona, “uzaqdan, yad kimi”,
ehtiyatla, təlatümlə, qorxu ilə, üşüntü ilə, baxan, bu insan!
Qeyd:
Yəqin ki, öz dərin yaddaşımızdan, nələrsə etdiklərimizi, ancaq özümüz bilirik deyə,
ora, o Aləmə, “qayıtmaqdan”, çəkinirik, qorxuruq.
05.02.2018
***
Yer kürəsinin, sevdası...
Yer kürəsi, Günəşi öz sevdası bilib, o, İşığın, o Günəşin İşığı ətrafında, dövr
etməsinin, sevincindədir.