Page 907 - Vahid Rzayev
P. 907

905




                  Kainatı, sadə bilmə, o, andadır, o, bir anda, İşıq daşıyıcısıdır.
                  Sözü, sadə bilmə!

                  Söz də, andadır, o, da, İşıq daşıyıcısıdır, söz bir anda, Kainat boyu, eşidiləndir.
                  Düşüncəni, Sadə bilmə.

                  Hər bir düşüncə, İşıq tezliyinə çevrilən, o, bir anda, Kainat boyu, bilinəndir.

                  İstəkləri, sadə bilmə!
                  Hər bir istək, bir andadır.

                  Hər bir istək, bir anda, Kainata yayılandır.
                  Bütün istəklər, Kainatda təhlil ediləndir, bilinəndir, eşidiləndir.

                  Elə,  istəklər  var  ki,  bizə  köməkdir,  elə  İstəklər  var  ki,  onlar  təhlil  olunub,  qəbul
                  olunmayıb, dönüb özümüzə, bizə, ancaq, “ağırlıqlar”, gətirənlərdir.
                  Hər bir hal, dayanmayan, bir - birindən qopmayan, ayrılmayan, İşıqla, bir andadır.

                  03.02.2018

                  ***


                  O, Aləm, bu Aləm...
                  Bu aləmdə, yer həyatında çox tez - tez, danışıqlar arasında, fikir bölərkən, hər hansı
                  bir hadisəni təsvir edərkən, nağıllayarkən, “təsadüfən”, ifadəsi işlədilir.

                  Yə'ni ki, “təsadüfən”, ifadəsi hər hansı bir vəziyyətə, həmin hadisənin olmasına, baş
                  verməsinə,  gözlənilmədən,  nəzərdə  tutulmadan,  o  hala,  hazırlıqlı  olmadan,
                  gözlənilmədən baş verməsini demək, izah etməyə çalışılır.

                  “Təsadüf”, varmı?
                  “Təsadüf”, yoxdur o, səbəbdən ki, “təsadüfən” ifadəsi, halın, hadisənin, vəziyyətin,
                  şəraitin, gözlənilmədən baş verdiyinin ifadəsi olaraq onu, o halın nəzərdə tutulmayan,
                  gözlənilməyən,  planlaşdırılmayan  halda,  bir  anda  baş  verdiyinin,  halın  vaxtsız  -
                  zanansızlıq əhatəsində olduğunun izahıdır.

                  Həmin, vaxtsız - zamansızlıq içərisində, onun izah edilməsinin qısaldılmış anlayışına,
                  “təsadüf”, “təsadüfən”, deyilib.
                  Yə'ni ki, hadisənin gözlənilməyən, nəzərdə tutulmadan vəziyyətdə baş verdiyini, izah
                  etməkdir.
                  Əgər,  hər  hansı  gözlənilməyən  hadisənin,  baş  verməsinin  anını  bilərəkdən,  həmin
                  hadisənin  baş  verdiyinin  şahidi  oluruqsa,  deməli  bu  hal  planlaşdırılmış  nəzərdə
                  tutulmuşdur ki, onda bu olan hadisə də, vaxta - zamana sığan idi.
   902   903   904   905   906   907   908   909   910   911   912