Page 905 - Vahid Rzayev
P. 905
903
Əgər Astronomların o, iddiasını əsas götürsək ki, nə vaxtsa, o, ulduzlardan ayrıyan o,
İşıq, yüz min ildən sonra, Yer üzünə indi gəlib, indi bizə çatırsa və biz o, İşığı, indi
görürüksə, deməli Kainatda vaxt - zaman, hökm sürür.
Əgər Kainatda, vaxt-zaman, hökm sürürsə, deməli Tanrı, Yaradan, Allahı çağırışımız
da, “O” na olan, xitabımız da, məcburi olaraq, vaxta - zamana sığmalı, olacaqdır.
Əgər, bu gün, bu an, indiki anda, Tanrını, Yaradanı, Allahı çağırmış olsaq ki, “ay
Allah kömək elə, ay Allah, çox Şükür” - onda bu, çağırışımız “O” na, yüz min ildən
sonra, gedib, çatacaqsa, onda, “O”- nu, niyə çağırıb, niyə “O”- nu, narahat,
etməliymişəm ki?
Çağırışım, əgər yüz min ildən sonra, ya eşidilər ya da ki, eşidilməz, arasında, (çünki,
heç 150 il, yaşamaq mümkünsüz olduğu halda), qalacaqdırsa, daha, “O”- nu,
çağırışımın nə əhəmiyyəti, qalardı ki?
Hər çağırışımız, hər nidamız, hər istəyimiz, hər düşüncəmiz, hər gileyimiz, hər
narahatçılığımız, hər həsrətimiz, bir anda, “O”- na çatar, “O”- na, bəyan Olar.
“O”, və bütün Kainat, vaxtsız - zamansızlıqda olduğundan, hər çağırışımız, vaxtsız -
zamansızlıqdan, “O”- na, yetər.
Bu, çox sadə səbəbdən, bu qənaətə, gəlmək olur ki, hər nə baş verirsə, vaxtsız -
zamansızlıqda, bir anda, baş verir.
Ölüm, bir anda, baş verir.
Daş, bir anda, yüksəklikdən sərbəst olaraq, aşağıya düşür.
Sevinc - bir anda, baş verir.
Şad xəbər - bir anda, baş verir.
Sür'ət və dayanma - bir anda, baş verir.
Sevgi, məhəbbət - bir anda.
Nifrət - lə'nət, bir anda.
İnam - şübhə də, bir anda.
Həqiqət - yalan da, bir anda...
Çünki, bunların hamısı bir anda olur.
Vaxtsız - Zamansızlıqdadır, elə, anın özü də.
Kainatın, Sahibi Mütləqi, “O”, İşıqda olan, o, İşıq Sahibi, “vaxta - zamana”, sığmaz.
Əbədiyyət, vaxta - zamana, sığmaz.
Hansı, “vaxtdan -zamandan”, Yer üzünə gəldik?
Bilmirik!
Hansı, “vaxta - zamanda”, Yer üzündən, əbədiyyətə qayıdacağıq?