Page 910 - Vahid Rzayev
P. 910

908




                  Yer aləmi, qaranlıqlardan, qaça - qaça, qaranlıqlardan uzaqlaşa - uzaqlaşa, o, İşığın
                  sevdasındadır.
                  Yer kürəmiz, qaranlıqla - işıq arasında, hərəkətdədir.
                  Yer kürəsinin, bir yarımkürəsi, qaranlıq ərəfəsinə düşəndə, o, yarımkürə, yenə də, o,
                  İşığa boylanıb onun, sevdadındadır.

                  Kürəmiz də, öz səthində olanları, o, olan bütün varlıqları, Günəşin İşığına çatmasının,
                  qovuşmasının sevdasındadır.
                  Yer kürəsi, İşıq ətrafında, o İşığın sevdasında - sevda ilə, fırlanmaqda, hərəkətdədir.

                  Qaranlıqlardan qaça-qaça, İşıqla, o, İşıq sevdası ilə, hərəkətdədir.

                  Sevdası İşıq olanın, Məhəbbəti də, İşıqla olar.
                  Kainat  da, və  bütün  Qalaktikalar da,  İşıq  ətrafında  olaraq,  bütün  varlıqlar da,  bir  -
                  birlikdə, birgə hərəkətdə, o, İşığın Sevdası ətrafına, hərəkətləşərlər.

                  Bütün  varlıqlar,  işığı  axtarmada,  o,  işığa  yaxın  olmaq,  işığa,  qovuşmaq
                  istəyindədirlər.
                  Bu, o, deməkdir ki, olan bütün istəklər arasında, İşıq var imiş.
                  Bizi, bir - birimizə də, bağlayan da elə, İşıq İmiş.

                  Sevda olmasa, Məhəbbət olmaz.
                  İşıq olmasa, qaranlıqda:

                  heç kim, heç kimi, görməz,

                  heç kim, heç kimi, tanımaz,
                  heç kimin, heç kimdən, xəbəri olmaz...

                  06.02.2018

                  ***



                  Ağaclarda, yarpaqlar saralır...

                  Yer üzündə və olan ərəfələrdə, dəyişilən halları Təbiət hadisələri adı ilə adlandıraraq,
                  bə'zi, müəyyən dəyişiklikləri, mövsümlə əlaqədar olaraq, qəbul edirik.
                  Bütün  təbiət  hadisələrini,  qanuna  uyğun  hal  kimi  bilib,  onları  çox  rahatçılıqla  seyr
                  edirik.
                  Təbiət  hadisələridir  dedikdə,  yə'ni,  mövsümlə  əlaqədar  olan,  ətrafda  baş  verən,
                  dəyişmələrinə baxaraq bu qənaətə gəlirik.

                  Payız  mövsümündə,  onun  əlamət  dəyişikliklərini,  ağaclarda  yarpaqların  saralması
                  əlamətinə baxaraq qəbul edirik ki, Payız mövsümü, başlayır.
   905   906   907   908   909   910   911   912   913   914   915