Page 923 - Vahid Rzayev
P. 923
921
Yə'ni ki, o insan Yerdə ola - ola, niyə Kainatda, Səmalarda, Göylərdə, daha böyük
olan, o, Yaradıcını, Tanrını, həmişə axtarır?
Budur elm, buradadır elm, buradandır olan elm.
Axtarış, axtarmaq bir maraqdan, bir də, bilməkdən ibarətdir.
Marağın olmasa bilməyəcəksən, bilməsən, maraqlanmayacaqsan.
Tanrı heç vaxt səni, Özü Yaratdığından, Özü də Bildiyindən, səni, özündən uzaqda,
Axtarmaz.
Səni tanımaq üçün də, heç bir Varlıqdan da, sənin kim olduğunu, necə bir varlıq
olduğunu da, heç kimdən də, “Soruşmaz”.
İnsan isə, Tanrını, çox - çox uzaqlarda axtarar.
Tanrı, Özünün bilməsi üçün yox, insanın Onu biləcəyi qədərində, özünü bildirmək
əhatəsindədir.
İnsanı, canlını, özünün ətrafının bilib - bildirmək üçün var edər.
İnsanın möhtacı Tanrıyadır.
Bildiklərini, Tanrıdan bilər, öyrənər, Tanrıya isə, heç bir halı öyrədə bilməz.
Çünki bütün hallar, bütün ardıcıllıqlar, bütün quruluşlar, Tanrının Özünün
olduğundan, o İnsan, gördüklərindən ancaq bəhrələnə bilər, öyrənib bilə - bilər.
Bilgilərə nail olduqlarını elmdə bilər.
Bildiyini Tanrıya, Kainata deyər, amma bildikləri ilə, Tanrını öyrədib, ona dərs, elm
verə bilməz. Tanrıdan öyrənər, amma ki, Tanrını öyrədə bilməz.
Çünki, insan yaranandır, yarana biləndir, Tanrı isə, Yaradıcı olub, ancaq, Yaradıcıdır!
Tanrını tanıyarlar, Tanrı isə, Özünü tanıtmaz.
Ətrafımızda, yadımızda - yaddaşımızda olan, gördüklərimiz isə, ancaq yaranmış
varlıqlardır.
Onları, biz yarada bilmədik, bu səbəbdən də, bizim ətrafımızda olanlar da, elə bizlərlə
birlikdə, yarananlardır.
Onların necə yarandığını hansı mərhələ ardıcıllığına, mə'na və məqsədin nədən ibarət
olduğunu hələlik, Yer həyatında öyrənə bilərik.
Amma ki, onların hamısını bilməyə, ömrümüz çatırmı?
Tanrı, vaxtlara - zamanlara sığmadığından, Tanrı bizi yaradar, biz də, vaxta - zamana
sığmarıq, amma müddətlərə sığmaqdayıq, Yer müddətlərinə, sığarıq.
18.02.2018
***