Page 928 - Vahid Rzayev
P. 928

926




                  İnsanın “ölüm”, məqamında, ondan həmin “İşıq payı”, (Ruhi İşıq), Sərbəst Ayrılır.
                  İnsana ayrılmış həmin, o, İşıq, “payını” qarşısında, (ruhi İşıq), heç bir maniyələr, heç
                  bir  çəpərlər,  heç  bir  səddlər,  heç  bir  keçilməz  sərhəddlər,  müxtəlif  qəfəslər,
                  quraşdırmaq gücündə, deyildirlər ki, həmin o İşıq payı, o, İnsanı, tərk edə bilməsin,
                  həmişə onun özü ilə qalsın, onun öz ixtiyarında olsun.

                  Onun, öz İxtiyarında ola bilsin, o, İnsanın, özünə də, tabe, olsun.
                  Bu,  “ixtiyarlılıq”,  insanın  özünə  tabeçiliklə,  onun  özü,  uzun  müddət,  Yer  üzündə,
                  canlı olaraq, yaşasın və qalsın, həmişə, Yer üzündə, var olsun.

                  Belə bir istək olmuş - olsa idi də, onun, insanın, canlının, əbədi olaraq, bu Yer üzündə
                  var olması isə, mümkünü olmayan - mümkünsüzdür.

                  O, İşıq payı, bizə necə sərbəst bəxş edilmişdisə, elə bir sərbəstliklə də, o, bizi, tərk edə
                  bilir.
                  Hər iki halda, bir bu Yer aləminə, İşıq payı ilə gələrkən, bir də, bu Yer aləmindən
                  ayrılarkən,  o,  İşıq  payımızın,  ardıncan,  dayanmadan,  sərbəst  olaraq,  o  biri  aləmə,
                  gedərik, yerimizi, dəyişərik.
                  Çünki, o, İşıqdan, bizə Ayrılan, o, İşıq payımızdan, heç vaxt, qopa bilmərik.

                  Əgər, bir gəlişdirsə, bir də, qayıdış da var.
                  İşıqdan, İşıq payı ilə gələn insan, o, İşığa, İşıq payı ilə də, əbədiyyətə qayıdar.

                  Bu sadə səbəbdən, “ölüm”, yoxdur.
                  Ölmək olmur!

                  Çünki, İşığın özü ölmür, o, İşıq “ölümsüzdür”.

                  Həyat bizə, biz isə, həyata bəxş olunanlarıq.
                  22.02.2018

                  ***


                  Gözəllik...

                  Dediyin, hər gözəllik, hələ o, gözəllik deyil.
                  Dediyin, o gözəllik, baxar kimin gözündə, o, hansı gözəllikdə, görünür.

                  22.02.2018

                  ***


                  Səslər, rənglər, sözlər, fikirlər...
                  Bir qəribədir, bir də, qəribə deyil, bu aləm.

                  Qəribədir ki, bilməyəndə.
   923   924   925   926   927   928   929   930   931   932   933