Page 930 - Vahid Rzayev
P. 930

928




                  müalicə  üçün,  hər  xəstəliyə  aid  olub,  müxtəlif  dərman  preparatlarından,  istifadə
                  olunardı.
                  Eyni vaxtda, o xəstəni, əhatə edən ətrafı, o xəstəliyə uyğun olan müalicəvi rənglərdən
                  də, istifadə etməklə, müalicə edərdilər.
                  Müxtəlif qidaları da, müxtəlif səs müşayət ilə hazırlayardılar.

                  Elələri vardı ki, nənələr, analar onları hazırlayarkən, zümzümə ilə,
                  Eləsi var ki, səslə,

                  Eləsi var ki, küylə,

                  Eləsi var, çağırmaqla,
                  Eləsi də, var ki, sükutla...

                  Müxtəlif  yeməklərin  müxtəlif  səs tezliklərinə  uyğun,  müxtəlif  yeməklərin,  müxtəlif
                  rəng çeşidlərinə uyğun, müxtəlif yeməklərin, müxtəlif süfrə tərtibatına uyğun olaraq
                  hazırlayardılar.
                  Halva çalınardı, sakitliklə, çox sükutla.
                  Quymaq hazırlanardı, səslə , sözlə, zümzümə ilə, sevinclə.

                  Halva çalınardı, bu dünyanı tərk etmiş olanın, adı ilə.
                  Şükür edərdilər, iki Dünyanın ara səsinin uyğunluğu ilə, sükutla, sakitliklə, hüznlə.

                  Quymaq hazırlanardı - onu hazırlayardı, analar, nənələr, ana ilə bala arasında, ananın
                  dünyaya bəxş etdiyi övladın, sevinci, sözü, səsi, zümzüməsi ilə, o ananın, adı ilə.

                  Halva sükutladır, Quymaq səslə!
                  Biri, qaranın şərti ilə hüznlə.

                  Biri Qırmızı - Ağ ilə, sevinc ilə, muştuluq ilə.
                  23.02.2018

                  ***


                  Müxtəlif, statik yüklər...

                  İnsan çox sadə, eyni vaxtda, çox mürəkkəb quruluşa malik bir canlı varlıqdır.
                  Düzdür ki, doymuş məhlullar var, yə'ni ölçü vahidi Pн 5,5 - lə ifadə olunur.

                  İnsan varlığı isə, heç bir halda doymayan bir varlıqdır.
                  O, həsrətdən doymur,

                  - gözləməkdən doymur,

                  - düşünməkdən doymur,
                  - işləməkdən doymur,
   925   926   927   928   929   930   931   932   933   934   935