Page 934 - Vahid Rzayev
P. 934
932
Səndən - sən, məndən - mən, bizdən - biz, birlikdə biz - birlikdəyik biz.
Sonra, sən - səndən, mən - məndən, biz - bizdən, özümüz - özümüzdən uzaq olanda,
Onda, səndən - səni, məndən - məni, bizi - bizdən, niyə uzaqda olduğumuzu
soruşdular,
Deyə bilmədik ki, bir kəlmə sözə, məni - səndən, səni - məndən, bizi - bizdən,
özümüzü - özümüzdən, ayıran da, elə o, bir kəlmə idi.
Demədik ki, niyə məndən - məni, səndən - səni, bizdən - bizi, özümüzüdən -
özümüzü, ayıran bir söz, bir kəlmə, arada incik kimi qalandır?
Çünki, məndən - məni, səndən - səni, bizdən - bizi, özümüzdən - özümüzü, kim
soruşsa da, onlar, bilməzlər ki, incidilmiş, o söz, o kəlmə ki, Yadımızda -
yaddaşımızda olan, məni - məndən, səni - səndən, bizi - bizdən, özümüzü -
özümüzdən, nə silə, nə yaddan çıxartıra bilərdi ki, heç onu; Sən - məndən, mən -
səndən, biz - bizdən, özümüz - özümüzdən heç soruşmaq istəməzdik ki...
O, unudula bilməyəni, üzə vurmadıq, gizlədə bildik, biz - bizdən, biri - birimizdən.
Çünki unudulması mümkün olmayanı, soruşmadıq, sən, məndən, mən - səndən,
özümüz - özümüzdən, bir - birimizdən.
Kim - kimi, hansı - hansını, necə sevdiyini, unuda bilər ki...
Onda, o, sözdən - sözü, o, kəlmədən - kəlməni, həm sevdanı, həm də, o sözü, biz
unutmadıq ki...
25.02.2018
***
O, ilkinin, olan İlkin halı...
Bütün, əvvəllərin - əvvəli belədir.
Hər ilkin olan, o İlkinin, öz İlkin halına, yə'ni ki, İşığın olan İlkin halına,
qayıtmalıdırlar. Onlar, o, İlkinə, olan Öz İlkininə, o İşıq Sahibinə, qayıtmalıdırlar.
Necə ki, o Böyük Partlayışdan, yayılan işıq qədəri, bir də, İşığın özünə qayıdıb,
qovuşduğu kimi, bununla da, Kainatların yarandıqları hal kimin, olmalıdırlar.
Yə'ni ki, o, Böyük Partlayışda, mövcud İşıq Gücünün, tezlik amplitutasının yayılma
gücünə görə, İşığın, yayılmasının güc qədərində, olmaqla, həmin İşıq qədərinin, bir
də, yenidən, o, İşıq Sahibinə, altı səmtdən, yə'ni ki, öndən, arxadan, sağdan, soldan,
aşağıdan, yuxarıdan, qayıtmaqla - qayıtdığı kimin, onunla da, o Mütləq, Dəyişməz,
İşıq gücü, tamlanıb - tamamlanmalıdır.
Çünki, bütün quruluşların əvvəli də, belə qurulubdur ki, hər bir İşıq qədəri, bir də,
yenidən, o İşıq Sahibinə qayıda bilsin, Ona bir də, Qovuşa bilsin.