Page 939 - Vahid Rzayev
P. 939

937




                  27.02.2018

                  ***

                  Gəldi - gedərlərik...

                  Yer üzündə, daş, torpaq, qum, gil, bütün faydalı qazıntılar, Yer aləmində qalırlar.
                  Onlar,  kiçilə  bilirlər,  toz  halına  qədər  çatırlar,  görkəmlərini,  rənglərini,  həndəsi
                  formalarını da, dəyişə bilirlər.

                  Bu  gün  biz,  görə  bildiklərimizi,  bizdən  çox-çox  əvvəl  də,  bu  görkəmdə  bizim
                  babalarımız, onların babaları görüblər və yer üzündən də, elə olnar da, Babalarımız
                  da, qayıdıblar.

                  Biz isə, onları indi görüb, indi onlardan bəhrələnirik.
                  Bizdən sonrakılar da, elə bizlər kimi, yer üzündə olanlardan, bəhrələnəcəklər.

                  Amma, hanı o, Babalarımız, hanı o, Babalarımızın - Babaları?

                  Onlar, Yer aləmində yoxdurlar daha.
                  Əgər,  yenə  də,  əkin,  biçinlə,  bu  Yer  həyatını,  davam  etsək,  onlara  qulluq  üçün,
                  suvarsalar yenə də, elə:

                  - həmin Sudur,
                  - torpaq həmin,

                  - Günəş dəyişilməyib, elə, həmin Günəşdir,
                  - külək, həmin külək,

                  - gecə, həmin gecə,

                  - ulduz, bürclər, həmindirlər,
                  - Saman yolu, Ağ Kəhkəşan elə həmin olan, Ağ Kəhkəşandır,

                  - torpaq həmin,
                  - əkin həmindir,

                  - buğda həmin,
                  -çörək həmindir,

                  bəs bu “həminlər”, arasında, dəyişilən nədir?

                  Yuxarıda  deyilənlər,  sadalananlar,  olanlar  -  olacaqlar,  həmişə  olan,  həmişə
                  görünənlərdir.
                  Bəs,  cəmi  bir  dəfə  Yer  üzünə  yenən,  Yer  üzündə  heç  qalmayan,  əvəzi  olub,
                  əvəzlənməyən, hansı varlıqdır ki, iki Dünya arasında, olaraq vardır?
                  O, bir İnsandır ki, gəldi - gedərdir!
   934   935   936   937   938   939   940   941   942   943   944