Page 940 - Vahid Rzayev
P. 940

938




                  O, bir İnsandır ki, heç ilişib, bu Yer üzündə də, qalmadı!
                  Heç gəlişi də, onun Yer üzündə qalmayıb, qayıdış mexanikası da, heç dəyişilmədi.

                  O, İşıqdan gələn idi ki, İşığa da qayıtdı, o, İşığına da, qovuşdu!
                  Bir  insandır  ki,  yerdə  ilişib,  yerdə  qalmadı,  qalxdı,  yüksəldi,  ucaldı,  O,  İşığa
                  qovuşması üçün, əbədiyyətdə əbədi olan, İşığa qovuşdu.

                  28.02.2018

                  ***


                  Kaş ki...
                  Kaş ki, O İşığı, görəydi hər kəs də...

                  Yəqindir ki, bəlkə də, görəcək o, İşığı, hər kəs də...

                  28.02.2018

                  ***

                  Danış...

                  Danış səni görüm, içindəki qaranlığı, içindəki işığı görüm.
                  Səni - səndə, səninlə görüm.

                  Göstərmə özünü, tərif etmə özünü,
                  danış səni görüm, səni - sənə, səninlə görüm...

                  Yalanını - yalanda, həqiqətini - həqiqətində görüm.

                  Nə görüm?
                  Danış, səni - səndə, səninlə - səni, səndə görüm...

                  Danış, sən danışanda, sən olursan,
                  susanda, müəmma, susanda isə, sual olursan.

                  Danış, səni görüm...
                  Sokrat da dedi ki, “danış səni görüm”.

                  Deməyincən, həqiqətlə, həqiqətin özü, insan danışanda görünür...

                  28.02.2018

                  ***

                  Bütün varlıqlar, İşıqdandır, İşıqladır...

                  Nəyə baxırsansa, - İşıqdadır,

                  nəyə baxırsansa, - İşıqladır,
   935   936   937   938   939   940   941   942   943   944   945