Page 937 - Vahid Rzayev
P. 937
935
Özümüz - özümüzə də, bir sual vermişik, “nə vaxt?”, “nə zaman?”.
Əgər, vaxt - zaman olmuş olsa idi, o, sualı da, özümüz - özümüzə də, verməzdik.
Bu uşaq nə vaxt böyüyəcək?
Bu uşaq nə vaxt dərsə gedəcək?
Bu xəstəlik, bu həsrət, nə zaman bitəcək?
Olan insanın ömrü, nə qədər olacaq?
Bu əkdiyim əkin, nə vaxt yetişəcək?
Məhsul, olacaq yaxud olmayacaq?
Getdiyim bu yolun aqibəti necə olacaq?
Hamısı sualdır...
Çünki vaxt - zaman olmadığından, nə, nə vaxt baş verər, nə, nə ilə yekunlaşacağını
bilmədiyimizdən, özümüz öz sualımız qarşısında aciz qalmışıq.
Deməmişik ki, hər an, bir müddətdədir, müddətin özü də, bir andadır.
Bütün ölçülər, bütün ömürlər, bütün hallar vaxta -zamana sığsa idi əgər, özümüz -
özümüzə sual verərdikmi?
Təsadüfün özü də, yoxdur.
Təsadüfdən Kainat yaranmadı.
Təsadüfən, Kainatın bu sahəsində Günəş, öz İşığı ilə, öz Yerini tutmadı.
Təsadüfdən, planetlər hərəkət etmədi.
Təsadüfən, insan - bəşər yaranmadı.
Təsadüfən gecə-gündüz olmadı.
Təsadüfən, təsadüfən, təsadüfən...
“Təsadüf”, məfhumu olmuş olsa idi, deməli bütün bu halların da, idarə Edicisi yoxdur
və bütün Kainatda, Yer aləmində bir qarışıqlıq, nəzarətsizlik, Xaos hökm sürərdi.
Necə olardı əgər desə idim ki, təsadüfən yarandım, elə təsadüfən də, öldüm?
Təsadüflər olmuş - olsa idi, fəsillərin müddəti pozular, gecə - gündüz karıx qalardı.
Onda, gərək qarışqa, Arı, pətəyinə dolmalı, Arı isə, qarışqa yuvasına girməli idi.
Ağ ayı, Şimal Qütbündən çıxıb, Zürafəyə, Filə, yoldaşlıq edərdi.
Təsadüf olmuş - olsa idi, ölçülər, məsafələr qarışardı.
Maşın, mexanızm, hərəkətini itirər, gəmi suda üzməz idi.