Page 936 - Vahid Rzayev
P. 936
934
Ayrılıb gedə bilmərik, başqa İşıq mənbəyi olmadığından, Yerdən də ayrılıb, başqa
İşıq Varlığına, çatıb, başqa bir Varlığa, qovuşa bilmərik!
26.02.2018
***
Olmayan, vaxta - zamana, necə sığarıq?...
Vaxtsız, zamansızlıq əhatəsindəyik.
Necə vaxta, zamana sığarıq?
Hər hansı bir hal baş verərsə, o, bir anda baş verər.
Vaxtda - zamanda yox, bir olan, anın ölçüsündəyik.
Sevərik bir anda,
dönərik bir anda,
rastlaşarıq bir anda, vidalaşarıq bir anda,
yer aləmindən ayrılarıq bir anda.
Vaxt - Zaman yoxdur, müddət var.
Bütün hallar, müddətlər arasına bölünər, anda cəm olar.
Bu səbəbdən, təsadüf də, yoxdur.
Təsadüfən biri-birimizə rast gələ bilmərik.
Təsadüfən, biri - birimizdən uzaq ola bilmərik.
Təsadüfən deyə bilmərik,
Təsadüfən doğula bilmərik,
Təsadüfən ölə bilmərik.
Vaxtı - Zamanı, biz insanlar “icad”, etmişik.
Gündüzlə, Gecə arasına baxıb, vaxt - zaman demişik.
Günəş çıxdıqdan, Qüruba çatan anı, vaxta - zamana bölüb, onun arasını vaxta -
zaman, demişik.
Sübh günəşi, Günorta günəşi, Qürub anı, gecə anı arasını bölüşdürüb ona, vaxt -
zaman demişik.
Bu həqiqətənmi belədir?
Amma, deməmişik ki, bunlar müddətdədirlər, bunlar bir andadırlar.
Vaxtı - Zamanı biz insanlar “icad”, etmişik.
Öz icadımız, belə icadımızın qarşısında da, həmişə özümüz də, aciz qalmışıq.