Page 658 - Vahid Rzayev
P. 658

656




                  Ərazi  və  o  dövr  insanların,  nə  üçün  xilas  olunduğu  İşıqla,  isti  ilə  o  ərazinin  bir
                  “Diqqətdə” – olduğu kimi, xarakterizə oluna bilərdi.
                  Bəxş olunan o işıq, o parlaqlıq, o alov, onun əlaməti idi ki, dünya tufanından sonrakı
                  olan,  bütün  mərhələlərə,  həyata,  yaşayışa  başlanğıc,  törədici  İşıq  əlaməti kimi
                  bəyanlaşsın.  (Zər,  İşığın  -  pay  hissəsidir.  O,  zərrə,  çox  parlaq,  çox  tərəfli,  hərəkət
                  trayektoriyalarında  dayanmayan,  biri-birinə  dəyməyən,  toxunmayan,  kütləsi  olub,
                  çəkisi olmayan, vaxta-zamana sığmayan, Kainat boyu hərəkətdə olan, bütün kütlə və
                  varlıqlardan maniəsiz və çox sür`ətlə keçən və bütün varlıqların törəməsinə, Aparıcı
                  işığın, pay, hissə, Zərrə halıdır).

                  O  insanlar  sevinclə,  inamla  dağa  tərəf  gedərək,  o  dağın  ətəyində  görünən  torpaq
                  altından şölələnən oda,  maraqla baxırdılar.  Maraq  və zəruriyyətdən o  odu,  özlərinə
                  tərəf,  Gəmi  qayaya  tərəf,  (hələlik  dağlara,  daşlara,  qayalara  sığınmışdılar)  aparmaq
                  haqda düşünməyə başladılar. Məsləhətləşmələrdən, müxtəlif düşüncələrdən sonra belə
                  bir  qənaətə  gəldilər  ki,  dağ  ətəyindən  o  odu,  atəşi  biri-birindən  aralı,  tonqallar
                  yandırmaqla aparmaq mümkün olar.
                  Ağrı – dağdan, Gəmi - qayaya tərəf, ilk tonqallar, biri-birindən aralı çatıldı, qalandı.

                  bir tonqaldan o biri tonqala oddan - od daşındı, alışdırıldı. O tonqalların sönməməsi
                  və  nəzarət  edilməsi  üçün,  isə,  ilk  Kahinlər  seçildi.  Onlar  odun,  tonqalların
                  sönməməsinə  xidmət  edirdilər.  Bununla  odun,  alovun,  yalovun,  halovun  tonqallar
                  qalamaqla,  od  məsafələrini  qısaldaraq,  ilk  od,  tonqal  Gəmi  qayaya  tərəf
                  istiqamətləndi.

                  Daha  gecələrin  müddətləri  şən,  maraqlı  olmağa  başladı.  Gecələr  odun,  alovun,
                  tonqalların  çox  uzaqdan  ilk  od  mənbəynin  Ağrı  –  dağ  istiqamətini,  göstərməsi  də,
                  həyata böyük inam və ümid verirdi.
                  O tonqallar artaraq, uzanaraq Gəmi-Qayaya , Agrı – dağ ətəklərindən Azərbaycanın
                  bütün  böyük  ərazilərinə  tərəf  böyüdü,  uzandı,  artdı.  Ona  görə  ki,  tonqalların  işığı
                  Qovv,  Qavv,  Qaff  dağı  tərəfdən  başlayaraq,  böyük  sahəni,  ərazini,  gecə-gündüz,
                  işıqlandırırdı.
                  Bu ərəfədən başlayaraq bütün baş vermiş o hadisələri, o dövrü, ərazinin adını, Tanrı
                  İşığı,  yazın  başlanğıc  anının  Qoç  bürcündən,  Buğa  bürcünə  keçən  ərəfədə  baş
                  verdiyini,  Zər-van  ərazisində,  (sonralar  Zurvan,  onun  əksi  yazısı  Navruz)  çaxmaq
                  daşları  vasitəsi  ilə,  bütün  daş,  dağ,  qayalara  döyülərək  o  tarixi  hadisəni  gələcək
                  törəməyə bildirmək üçün işarələrlə (ilk simvollar) döyüb yazdılar və tarixləşdirdilər.

                  O  ilk  daş  üstü,  qaya  üstu  yazılar,  təsvirlər  pərakəndə  yox,  ardıcıl  daş  üzərində,
                  kitabələr idi.Çünki əl altında olan ancaq daş var idi. Bu yer üzünə, ilk Səlnamə yazısı
                  oldu, və min illərlə yazılacaq bütün səlnamələrə, bir başlanğıc oldu.
   653   654   655   656   657   658   659   660   661   662   663