Page 657 - Vahid Rzayev
P. 657
655
Maraqlı olan hadisələrdən biri, dünya tufanından xilas olmuş Nuh ailəsi və o dövr
insanlar, su çəkilməyə başlandıqdan sonrakı ərəfədə, yer üzündə, lokal zəlzələlər baş
verməyə başlamasıdır.
Zəlzələlərlə planetimizdə, yeni relyef, yeni qatlar, süxurlar, yüksəkliklər, çökəkliklər,
torpaq sürüşmələri ilə də, müşahidə olunmuşdur.
Çünki yer üzündə yeni həyat şərtləri, yeni dəyişikliklər başlanırdı.
Dünya tufanından sonrakı mərhələlərdə, suyun tədricən çəkilməsi ərəfələrində,
ərazidə yerləşən, Ağrı – dağı dəfələrlə, ardıcıl vulkan püskürmələri ilə, müşahidə
olunub.
Bu ərəfədə, yer üzünün yeniləşməsi, ərazilərdə yeni İlahi İşıq, sahələri kimi “bəyan”,
olunurdu. Bu hallar da, zəlzələlərlə müşayət olunub. O İşıq sahələrindən biri də
Azərbaycan, Naxçıvan ərazisi idi.
Yer üzündəki yeniliklərindən biri də, Azərbaycanda, Abşeronda, xüsusi ilə, Naxçıvan
ərazisində, bir çox yerlərdə, yer altından qalxan, görünən alovlanan oda, Ata-ş (yə`ni
Ata, İlk, Aparıcı, İşıq Sahib Olan – ona “ş” sonluğu ilə tələffüzü, İşığın, istiyə
çevrilməsi anlamı daşıyıcısıdır) adı verdilər. “Ata” – kəlməsi, düzünə və ya əksinə
deyildikdə də, o dəyişilməyən (güzgü effekti), sabit olan, dəyişməz, mütləq olan,
anlayışı kimi də, qəbul olunub.
Bütün hərəkətlərə, başlanğıclara və tükənməyən davamiyyətə, səbəb kimi “Ataş”- İşıq
və istısi olan, Mütləq olan, anlamı daşıyıcısı idi. Yanar dağı, torpaqdan qalxan,
şölələnən od, Ataş – gəh (güc), kimi də adlandırılırdı.
Naxçıvan şəhər istiqamətindən Qərb səmtində olan dağda, vulkan püskürmələri
sakitləşdikdən sonra, Naxçıvanda, Gəmi – Qayadan görünən (qərb istiqamətə) dağın
parlaq İşıq saçması, o dövr insanlarda İşığın, odun görünməsi, bir sevinc bir maraq
doğurdu.
Tufana qədər olan mərhələdə o insanlar oddan istifadə edirdilər. Bu ərəfədə görünən,
şölələnən odun, alovun görünməsi qəribə deyildi, qəribəlik onda idi ki, Ağrı – dağda
baş vermiş o vulkan püskürmələrindən sonra, o dağ, Zərli İşıq saçırdı.
Amma, xilas olmuş o ailələrə, o insanlara, o ərəfədə od, isti əldə etmək, çox çətinlik
törədirdi. Amma İşığın, odun görünməsi, şölələnməsi sanki o insanlara bir sevinc,
müjdə, bir xilas, ümid bəxş etdi.
Çünki bütün bəşəriyyətin, bütün canlıların, bütün varlıqların, yer kürəsinin özü,
mərkəzdə yerləşən nüvəsi də, İşığa, isti ilə Ataş-a möhtac yaranıblar. Törədici,
Törədəcəyini - istidə, isti ilə Törədir! (Ana isti, bala isti).
O ərazi və ərazidə xilas olmuş Nuh ailəsi və o insanların xilasına da, bir səbəb olmalı
idi. Ərazinin bə`zi sahələrində torpaq altından şölələnən od, dağda görünən od, İşıq, o
əraziyə, Kainat Bəxşı və Kainat Baxışı idi.