Page 653 - Vahid Rzayev
P. 653
651
Həzrəti Nuh məqbərəsi yüksəklikdə həmin qaya silsiləsi üzərindədir.
Onun aşağısında da çeşmə axır. O axar çeşmə də, üzərində həzrəti Nuh məqbərəsi,
Mömünə Xatun türbəsinin yerləşməsi, möhtəşəm Məscid kompleksi, Qızlar bulağı və
s. Mə`na daşıyıcılarıdır.
Onlar yer seçməyiblər, o yer onları seçib. Şəhərdə Sarvanlar məhəlləsi də o qaya
silsiləsi üzərində yerləşir.
Şəhərdə dörd yol deyilən yerdən yollar ayrılır – Şimala doğru: Şahbuza, Qərbə doğru:
Şərura, Şərqə doğru: Ordubada, Cənuba doğru: Naxçıvan şəhəri yerləşir.
Naxçıvan ərazisi çox – çox qədimdən duz yolu kimi və Naxçıvanda olan çox elastik
və Şəffaf ipəyinə görə İpək yolu kimi də tanınıb, tarixləşib. Tarixi mənbələrdə öz
yerini həzrəti Nuhla da tapıb.
Azərbaycan və Naxçıvan ərazisi İşıq ərazisidir. Tarixlərdən mə`lumdur ki,
Azərbaycan və xüsusi ilə Naxçıvana bir çox sərkərdələr qoşunla hərbi yürüşlər
ediblər. Naxçıvan ərazisinə, işıq ərazisinə, sahib olmaq istəyiblər. Naxçıvan əhalisi
mətinliklə mübarizə apararaq, hər bir döyüşcü bir sərkərdə olub.
Amma o yürüşlərin sonluğu, o sərkərdə və qoşunu bir müddətdən sonra o ərazidən
geriyə dönüblər. Onunla da o sərkərdə və qoşun, öz ərazisi ilə süquta məhkum
olunublar.
Çünki, Azərbaycan ərazisinin ilkdən İşıq Sahibi var, Mütləq olan O İşıq Sahibinə isə,
sahib olmaq olmaz.
Vahid Rzayev
“Azad Azərbaycan” - qəzetində 24.06.2014 N 87 (2532) çap edilmişdir.
15.08.2017
***
Susuz olmaz, İşıqsız olmaz!
İnsan qidasız, yeməksiz ötüşə biləndir, Susuz, su içməsə, ötüçə bilmir!
Bitkilərin cücərməsinin də susuz, bir mə'nası olmaz, heç cücərməz də!
Susuz, bu Yür aləmi olmaz, onsuz ola bilməz də!
Susuz cücərti olmaz, canlı doğulmaz!
Hava qatı da, nəmlə olar, quru olmaz!
Kürəmiz suda, canlılar su əhatəsində suda!
Yeriyərik “suda”, nəfəs alarıq “suda”, bütün kütlələr, su əhatəsinfə, suda!
Göz qapaqlarınız, oynaqlarımız (yerimək, tutmaq, yapışmaq), su qatında, suda!
Vücud daxilimiz, (bədən), daxili üzvlərimiz suda!