Page 650 - Vahid Rzayev
P. 650
648
başladılar.
Gündüz vaxtları o iştirakçılar yarım dairədə üzü günəşə doğru dayanaraq, barmaq –
barmaqdan tutaraq ritmik rəqslə şadyanalıqla o hərəkət dinamikalarını içra etməyə
başladılar.
Yarım dairədə dayanmaq ona işarə idi ki, o rəqs iştirakcıları günəş işığına və onunla
üz – üzə dayana bilsinlər. Gecə vaxtı isə günəşin simvolu olan işığa yalov, halov, alov
kimi ad verib yaddaş daşıyıcısına gətirdilər.
Çox – çox sonrakı tarixi mərhələlərdə o icranı Yallı kimi adlandırmağa başladılar.
Yallı Həzrəti Nuh dövrü tufanından sonrakı mərhələlərdə ilk şadlıq dinamik rəqsi
kimi, Gəmi – qaya, Ağrı – dağ, arasında Nuhaşan (Nuraşan) o əraziyə məxsusdur.
Yallı janr kimi Naxçıvan ərazisinə kənardan gəlməyib. Yallı tutmaq, o tarixi
hadisənin bir xilas, bir sevinc icrasıdır, onun tarixi çox – çox qədimdir.
Babalarımız , atalarımız həmişə Naxçıvan toy məclislərində mütləq qaydada yallı
tutmaqla, mə`şəllər yandırmaqla o ərazidə xilas, təşəkkür, işığa ümid kimi baxıblar.
Yallı rəqs qruplarında qırmızı geyinməklə və başda olan yallı aparıcısının bir əlində
mütləq olaraq qırmızı dəsmalla ifa ediblər. Qırmızı işığın, istinin tərənnümçüsüdür.
Yallı janrı nəfəsli musiqi aləti olan zurna ilə icra olunur.
Zurna, dəm zurna, davul yallı iştirakçılarını müşayiət edir.
Zurna musiqi aləti səs tembrinə görə aparıcı, bütün musiqi səslərini bir yüksək səs
nizamına səsləyir.
Musiqi aləti olan zurna aparıcı bir səs olmaqla yanaşı, eyni vaxtda ərazi ad
daşıyıcısıdır, necə ki, Zurvan, Zəngəzur, Astazur və s.
O zurna səsi çox uzaqdan eşidilsə də onun səs tezliyi, səs tembri, məsafəyə görə
dəyişmir. Eyni səs tembrini, dəyişməz saxlayır. Çağırır, səsləyir, oyadır, düşündürür,
əhval – ruhiyyəni yaxşılaşdırır.
Zurna musiqi səsi mətinlik, şücaət, qəhrəmanlıq, əziyyətlərə sinə gəlmək, özünü
təsdiq etmək, gizliləri bəyan etmək, qaranlıqlar arasında xilas və nicat çağırışıdır.
O musiqi aləti, kainat səsinin incə bir səs tərənnümcüsüdür.
O dövr insanlar tufana qədər də tufan ərəfəsindən sonra da, yenə də bir inam
daşıyıcıları olaraq qaldılar. Onlara mə`lum idi ki, işıq yaradıcı və törədicidir.
İşıq, o işıqdan isti, o istidən yalov, halov, alov törəyər. O alova, o istiyə ki, bütün canlı
varlıqlar, kütlələr, cisimlər, bütün bəşəriyyət o alova istiyə möhtacdırlar və möhtac
olaraq da qalacaqlar.
Kainatlar da O Mütləq İşığa, istiyə möhtac yarandılar.