Page 651 - Vahid Rzayev
P. 651

649




                  Yer kürəsinə Günəş olmasa, işıq olmaz. İşıq olmasa, isti olmaz. İsti olmasa, hərəkət
                  olmaz  əkin  olmaz,  biçin  olmaz  və  nəticələr  olmaz.  İnsan,  canlı  törəməz.  O  dövr
                  insanların xilasına səbəblərdən biri də bunlar idi.
                  Urfani  yallı  rəqsi  Ur  –  mi  (  uç  səmt)  ur  –  va  (  o  lavaş  yapılanda,  oxlovla  xamır
                  arasında  sərf  olunan  un  miqdarıdır).  O  urfa,  bir  –  birliyə  yığma  funksiyası
                  daşıyıcısıdır.
                  Yallıda  urfanı  ərazi  və  birlik  anlayışı  daşıyıcısı  olmaqla,  şadlıq  daşıyıcısıdır.
                  Bütün yuxarıda deyilənlər ustad tarzən Əkrəm Məmmədlinin oğlu Kə`nan Məmmədli
                  ilə birlikdə yallılarımızı toplamağı və onları nota salması, nota gətirməsi çox böyük
                  bir tarixi hadisədir.

                  Naxçıvan ərazisinin özü maraqlı bir ərazidir.
                  Naxçıvan ərazisində çox maraq doğuran təbii göl var.

                  O göl, Naxçıvan şəhərindən 80 km məsafədə Şimali – Şərq istiqamətdə, Kiçik Qafqaz
                  sıra  dağlarının  Zəngəzur  dağ  silsiləsində  Şahbuz  ərazisində  Batabat  yaylağındadır.
                  Yaylaqda, Zor – bulaq yaxınlığında göl yerləşir.

                  Zor bulağın suyu o gölə axmır.
                  Maraqlı cəhət bundan ibarətdir ki, Zor – bulaq yaxınlığında yerləşən (orta su tutumlu)
                  təbii göl, oval (ellepsoid) tiplidir.

                  Oval tipli o göl günəşin çıxma və batma vaxtının tam göstəricisi modelidir.
                  Göl daxilində həmişə hərəkət edən ada, yerin günəş ətrafında hərəkət vaxtını bildirir.

                  Göl  daxilində  hərəkət  edən  (  o  ada  oval  tiplidir)  ada,  Cənubdan,  Şimala  ovalın
                  uzununa tən bölən xətt üzrə hərəkət edir. Göl quruluşu, Cənubla, Şimalı göstərir.
                  Sübh günəşi Uş ərəfəsində, ada gölün cənub sahilində dayanır.

                  Gün çıxdıqdan sonra, gün ərzində o ada Cənub sahilindən, Şimal sahilinə tərəf düz
                  xəttlə hərəkət alır.

                  Çox  maraqlı hal, günəşin  çıxma  anından,  günəşin  qüruba  çatdığı vaxtda  ada  Şimal
                  sahilə çatır.
                  Günəşin  gün  ərazində  qət  etdiyi  məsafəni  hərəkətdə  olan  ada  şimal  sahildə
                  tamamlayır.
                  Gün batmağına baxmayaraq gecə boyu o ada cənub sahilə doğru dayanmadan hərəkət
                  edərək sübh günəşini gölün cənub sahilində qarşılayır.

                  Yəni gün o biri yarım kürəyə keçməyinə baxmayaraq ada o günəş hərəkətini sinxron
                  müşayət edir.

                  Bu  hərəkətlə  göl  daxilində  o  ada,  heç  vaxt  hərəkət  sür`ətini  dəyişmir  gün  işığının
                  (hava buludlu olsa da, qış fəsli olsa da) yer kürəsinə düşməsini və yer kürəsinin günəş
                  ətrafında bucaqda yer dəyişməsini karıxmadan “qeyd” edir.
   646   647   648   649   650   651   652   653   654   655   656