Page 654 - Vahid Rzayev
P. 654
652
Bütün bizi əhatə edən aləm də, suda!
Kainat nəmlədir, planetlər hərəkət edər nəm əhatəsində, nəmdə!
Hardan gəldi bu su, bu nəm əhatəsində bütün aləm su əhatəsində suda?
Yaranış suda, Yaranar suda, Yaradar onu, su əhatəsində, suda!
Su axıcı, yaddaşlıdır, yaddaş daşıyar su da!
Susuz əzab olar, yanar, quruyar kütlələr də, varlıqlar da!
Susuz yaranmayan yaranış, susuz cismani əzab daşıyar o da!
Vermə əzab cisminə, cismaniliyinə quruluqla!
Yaranış pakdan! Yaranış sudan!
Kainat Paklıq daşıyar Pakla, Sudan! Su, sudan!
İşıq Pak su Qədərində, O İşıqdan, Pak qədərindən, Paklıqdan!
Su ilə İşıq, Paklıqdan! Pak qədərində Paklıqdan!
Susuz olmaz, İşıqsız olmaz, o ikisi olmasa, Yaranış olmaz!
15.08.2015
***
Nəm, Su, Zərrə...
Yer Planetinin ən əsas komponentlərindən biri də Sudur!
İlk baxışda su - dadsız, rəngsiz, iyisiz, ağ, mayedir! Amma bu, zahirdə olan,
görünüşüdür.
Su İşığın toplum birliyi və Yaddaş daşıyıcısıdır. Sudan istifadə etmək də, böyük
cavabdehlik tələb edər.
Tək, əl – üzümüzü yumaqla, suya diqqətli mehriban olaq.
Hər dəfə, ovuclarımızdakı Su yığını, eyni vaxtda, düşüncələrimiz, davranışlarımız
keçib, köçür, su yaddaşına!
O, isə, axıb qovuşur, axan sulara.
Çünki, su yaddaş, hal, fikir, düşüncə daşıyıcısıdır o anda! O, da, Su ilə axıb, qovuşur
sulara. Sular, sulara qovuşub, yaddaş olub, axır, Yer üzünə!
O, axan sular, bulud olub, yağış, qar, dolu olub, səpələnir Qitələrə, Yer üzünə!
Xoş düşüncəmiz, şad düşüncəmiz, xeyirhax düşüncəmiz, pak düşüncəmiz, Su ilə
axsın, buludlardan isə, Yağsın, yer üzünə!
Məişətdə, təsərrüfatda, işlətdiyimiz Su da, yaddaş daşıyıcısıdır, o, da, axır sahələrə,
qovuşur sulara!

