Page 656 - Vahid Rzayev
P. 656

654




                  O, Suyun dadı, bulaq suyunun dadı!
                  O, ekspedisiya iştirakçılarına, daha kosmonavtlar yox, Qalaktikacılar, deyiləcəkdir.

                  Əgər,  Kainatda  Zərrələrin,  (işıqdan  törəyən),  nizamlanması,  ardıcıllaşdırması,
                  yoxdursa, onda, iç – içə hallar da, yoxdur.
                  İç – içə, hallar yoxdursa, hərəkətlər də, yoxdur.

                  Hərəkətlər yoxsa, nəm yoxdur.

                  Nəm yoxsa, isti yoxdur.
                  İsti olmasa, Su, yoxdur.

                  Su yoxsa, yaranış yoxdur.
                  Kainatdakı,  bütün  küllü  -  kütlələr,  nəm,  temperatur  hədləri  və  hərəkətlər
                  əhatəsindədirlər.

                  15.08.2017
                  ***

                  Zər, Azər
                  Yer üzünün ən mühüm və təksib olunmaz tarixlərindən biri, Səmavi Kitablarda qeyd
                  olunan, Həzrəti Nuh dövründə baş vermiş Dünya tufanıdır.

                  Bu analoji hadisə tez-tez, ardıcıl olaraq baş vermədiyindən, həmin Səmavi Kitablarla
                  yer  üzü  insanlarına  o  Dünya  tufanı  haqda  bilgi  verilib.  O  bilgilərlə,  yer  həyatının
                  Həzrəti Adəmdən sonra, yer üzünün ikinci atası, Həzrəti Nuh olduğu bildirilib.
                  Bununla  yanaşı,  mətnlərdə  Əshabül-Kəhf  (yeddi  Kimsənələr),  Azər  oğlu,  Həzrət
                  İbrahim və bu kimi, müxtəlif mühüm informasiyalar da, öz əksini tapıb.

                  Amma, bunlarla yanaşı olaraq, dünya tufanı ərəfəsində Həzrəti Nuh, ailəsi, və o dövr
                  sudan xilas olmuş insanların məskunlaşdığı, yaşadığı ərazi və o ərazinin tarixi adı da,
                  yer üzü insanlarına mə`lum olub.

                  Bizim,  o  dövr,  coğrafi  ərazi  adlığımız,  (Tufana  qədər,  tufandan  sonra)  Bilqamıs
                  dastanında  Həzrəti  Nuh dövründə,  “Ur”-  olduğu qeyd  olunur.  Bu,  Əjdər  Fərzəlinin
                  “Təkrar  olunmaz  Abidələr  diyarı”  adlı  məqaləsində,  “Bilqamıs  1985  s.  8,  tərcümə
                  İsmayıl Vəliyevindir” – ona istinadən qeyd olunub.
                  Onu  da  demək  yerinə  düşər  ki,  “Ur”  –  la  əlaqədar  olan  bir  çox  tarixi  adlıqlar
                  saxlanılmaqda,  qalmaqda,  işlənilməkdədir.  O  tufan  ərəfəsindən  sonra,  o  dövrün
                  insanları,  Həzrəti  Nuh  xilası  və  xilaskarlığını  unutmayaraq,  həmin  Ur  ərazisində
                  Həzrəti Nuha təşəkkürlülük mə`nasında ərazidə bir çox yerləri Onun adı ilə çağırıb,
                  adlandırmağa  başladılar.  Bununla  bərabər  ərazi  Nuhun  tufandan  xilas  etdiyi,  ərazi
                  kimi də, xarakterizə olunmağa başladı. Nuh çıxan, Nuxçu-van (van-ərazi) və s.
   651   652   653   654   655   656   657   658   659   660   661