Page 661 - Vahid Rzayev
P. 661
659
Sonrakı dövrlərdə onlardan törəmiş olan nəvələr, nəticələr, elə o hecada, o söz
kökündə danışırdılar və danışdılar da. O dil, dilçilik bu ərazidən, Həzrəti Nuh dili, Zər
dili idi. (Dünya tufanından sonra çox qıssa vaxt ərzində təmamilə yeni, başqa bir dil
tapıb, icad etməyə istəsəydilər də belə, bu mümkünsüz olardı.
Yeni başqa, mükəmməl dil, dilçilik kəşf edilə bilməzdi və buna heç ehtiyac da yox
idi. Dil, dilçilik böyük mürəkkəb bir sistem olduğundan, onu insan istədiyi vaxt,
“istədiyi”-kimi kökündən dəyişmək, başqa cürə sistemləşdirmək qarşısında acizdir.
Sözün, fikrin yönü dəyişilə bilər, amma kökü, hecası dəyişilmir).
Çox sonralar uzaq, ətraf ərazilərdən Ata yurduna, Baba yurduna gələn o törəmələr,
ilkdə olduğu kimi o dildə, o hecada danışırdılar, heç tərcüməçiyə də ehtiyacları yox
idi.
Onlar Baba yurduna gələn baba qonaqları idilər. O qonaqlar ərazi haqda mə`lumatlı
olduqlarından, sanki bir daha İşığa, Xilasa qovuşmaq istəklərində idilər. Bu gəlişlər,
Baba yurdunda, Ata yurdunda, Baba məzarını, ziyarət edib, o Böyüklüyə təşəkkür
mə`nası daşıyırdı.
Çox maraqlı hallardan biri də, o idi ki, ərazimizdə olan duza, ətrafda qığılcım saçan
daşlara, böyük təşəkkürlə baxıb, baba ərazisindən, özləri ilə işıq payı aparırdılar. O
daşları ki, biri-birinə vurduqda (çaxdıqda) qığılcım saçırdı! O daşlara “çaxmaq daşı”-
deyərək, “çax”- zərblə biri-birinə vurmaq, “maq”- isə işıq saçan, İşıq yayan, işığın
“qığılcımı”- kimi adlandırırdılar.
Ərazimizdə və dağ ətəyində olan qığılcım saçan o daşlara, “qovv”, “qavv”, sonrakı
mərhələrdə, tələffüslərdə “v”-düşüb, “f”- kimi tələffüz edilərək Qaf dağı, Qaf ərazisi,
İşıqlar, Qığılcım, İşıq saçan ərazi kimi adlandırılıb.
Ərazini Qaf-qal, sonda Qafqaz kimi adlandırıblar. Bu anlayış və adlıqla Qaf dağı,
Qafqaz dağı, Qafqaz sıra dağları kimi ad daşıyıcısına çevrilib.
Zər, qığılcım saçar anlamını, Hindistanda “Benqal odları” (çubuqda) indinin özündə
də, şad günlərdə, bayram günlərində alovlandıraraq, bayramı Zərlə, qığılcım işıqları
ilə yad edirlər.
Bu icra çox-çox qədim olan yaddaşdan gələn bir icradır. Yer üzündə, dövlətlərdə
bütün bayramları Atəş fəşanlıqla, səmada İşığın zərrənin parıltısı halı ilə qeyd edirlər.
Çünki Zər, qığılcım yaradıcı, törədici İşıq payıdır, əminamanlıqdır. Zər, İşıq -
dağıdıcı, məhv edici, viranə edici deyil.
Çox sonralar odlu silah düzəldilərkən o ad daşıyıcısı, “çax-maq”, o sılahın əsas bir
detalı kimi adlanıb.
O çaxmaq daşlarından yaranan qığılcımlara “zər, parlaq qığılcım”- deməklə bizim
ərazinin daşları qığılcım saçan, torpaq altından şölələnən odları görüb, ərazimizə
Odlar, Ata-şlar Yurdu, İşıqlar Yurdu ərazisi kimi ad verib, adlandırıblar.