Page 662 - Vahid Rzayev
P. 662

660




                  Min  illərlə  Azərbaycan,  Abşeron,  Naxçıvan  ərazisində  yer  altından  qalxan,  odlar
                  şölələndiyindən ərazimizə “Odlar yurdu” adı verilib.
                  Amma çox yerinə düşəcək bir sual, bir maraq yaranır bu anda bu məqamda ona görə
                  ki, əgər bu ərazinin ilki, özü, Zərlə, işıqla idisə, İşıq əhatəsində idisə, bəs bu işıqların
                  aqibəti nə oldu, necə oldu?

                  Ən maraqlı, ən düşündürücü hal oradadır ki, 1970-ci illərdə Kosmik elmi tədqiqatlar
                  üçün Sovet (o vaxtkı) Kosmonavtları, kosmosa elmi ekspedisiya uçuşları keçirərkən,
                  kosmik  gəmi  içərisində  olan  kosmonavtlar,  kosmosdan  maraqla  (doğrudan,  çox
                  maraqlı görüntüdür) yer kürəsinin səthinə baxarkən, kürə boyucan ancaq bir sahəni
                  güclü işıq içərisində olduğunu müşahidə ediblər.
                  Fiziki coğrafi xəritəyə baxarkən o sahənin Azərbaycan ərazisində, Naxçıvan Muxtar
                  Respublikası  olduğu  aşkarlanıb  və  bilinib.  Uçuşdan  sonra  o  Sovet  kosmonavtı
                  Naxçıvana gəlib və ərazini çox heyranlıqla seyr edibdir.

                  İşıq varsa Dönməz. Olan O İşıq Sönməz, o İşığı “söndürmək”- olmaz.

                  Tufandan xilas olmuş insanlar arasında, “Zər” – (zər – ziba, parlaq örtük, tanınmış,
                  seçilmiş insanların üst geyimi, gözəlliyi, şaha, padşaha layiqli olan), “Bab”(aparıcı,
                  uyğun olan, natiq, birliyə toplamağı bacaran, qabaqda, öncül olan, “Ona” inam olan,
                  İnam daşıyıcısı), “Maq”-(işıqlı, işıq saçan, işıq yayan, işıqla kömək edən, gücə, işıq
                  gücünə  malik  olan),  onun  əksi  isə,  “Qam”-  (Kainatın  yaranış  anı  ərəfəsində  yeddi
                  tamda, bütün məvhumlar cəmi yeddidə qərarlaşan, rənglər, səslər yeddidə cəm edilən,
                  mütləq  olan,  iç  –  içə,  biri-birini  tamamlayan  mə`nası),  “Kahin,  Kahinlər”  -  (odun,
                  inancın, işıq mə`bədinin nəzarətçısı, qoruyucusu yeddi tamın, yeddi cəmdə, yeddinin
                  yer anlamında Kainatla bir bağlılıqda olan, müqəddəs olan İşıq o İşıqdan törənən və
                  törədicilıyi  bəyan  edən  mə`nası)  “Dur”-  durlar (sonralar tur, turdan-tura  bir
                  mərhələdən başqa mərhələyə keçmək, İşığın mərhələlərlə yayılma sərhəddi, mərhələ,
                  sərhədd, məsafə,sərhədliliyi qoruyan, sədd, istinad, divar, mövqe saxlayan) və.s kimi
                  bildirilirdi.
                  Bu qəbildən olan o icraçılar inam və inancından heç vaxt dönməzdilər. Bütün zərlər,
                  bablar,  maqlar,  qamlar,  kahinlər,  durlar  və  s.  Həzrəti  Nuh  ailəsınin  nümayəndələri
                  hesab olunublar.
                  Onlar İşıqlılar, İşıq daşıyıcıları, İşıq inanclılar idilər. Onların bir adı da, “Kimsənələr”
                  – hamı arasından, çoxları arasından seçilmiç olanlar, çoxları ilə bərabərləşməyən kimi
                  də, qəbul edilirdi.

                  Azərbaycan, Naxçıvan yə`ni İşıq daşıyıcıları, İşıq sahibləri kimi də adlandırılırdılar.

                  Zərlər, A-Zərlər, Azərilər bizə özümüz yox, gələnlər, baxanlar bizi belə ad veriblər. O
                  adlardan  biri  də  “Tolerant”  –  adıdır.  Gələnlər  bizə  baxdılar-baxdılar,  düşündülər-
                  düşündülər  ki,  hər  gələnə  çox  diqqətlə  yanaşırlar,  qonaqpərvərdirlər,  hamı  ilə
                  bölüşürlər.
   657   658   659   660   661   662   663   664   665   666   667