Page 659 - Vahid Rzayev
P. 659
657
İstər-istəməz çox maraqlı suallar çıxır ortaya. O suallardan biri, çox maraq doğuran,
çox düşündürücü bir məqamda ondadır ki, o dövr, kəsici, yonucu, deşici metal alətlər
olmadığı halda, o dövr insanlar əl, ayaq dırnaqlarını necə qıssaldırdılar?
Əgər əl, ayaq dırnaqları qıssaldılmasa idi, nəinki yerimək, heç əllə də, bir şeydən
tutmaq, yapışmaq da, mümkünsüz olardı. O dövr o insanlar sərinlər düşəndə, su
içərisindən yığdıqları qəmişləri, daş altında döyərək pardaqlayıb, onların köməyi ilə
(o polad kəsicidən də çox iti olur) məişətdə və onların vasitəsi ilə bir çox, işlərini
yerinə yetirirdilər. Suda, su hövzələrində üzmək üçün də, qəmişdən düzəldilmiş
qayıqlardan da, istifadə edirdilər.
Sonralar Gəmi – Qaya ilə uzaqda görünən Ağrı – dağ arasındakı düzəngaha Ərlər,
Ərənlər – (sahiblər, ərazi sahibləri, od, İşıq sahibləri) düzəngahı adlandırırdılar. Çox
sonralar, “ə”- düşərək, “a”- kimi tələffüz edilərək, “ Ar”, “Arlar” - kimi ərazinin,
düzəngahın sahibləri, adlanıblar. Bir çox alfavitlərdə, “Ə” – hərfi olmadığından,
“Ərlər” - sözü, “a”- hərfi ilə, tələffüz olunub. Arlar - kimi deyilib.
Amma köklü ad daşıyıcısı, Ur – (tufana qədərki ərazi, ad daşıyıcısı), sonra əlavə
olunan isə, Ər – ( sonralar “ar”-kimi, o ərazinin İşıq sahibləri), Dur – (qalx, dikəl,
vaxtdır, o zamandır, fikir - söz sənindir) sözü, həm ərazi, həm ərazidəki sahiblər, həm
də onun xarakteri göstəricisi, adı idi. Bunların cəmi olaraq, bir ad daşıyıcısı Ur-ər-dur-
deyə adlandırıldılar. (Urardu).
Amma o tonqallar yanarkən, onun qırmızı, yandırıcı və ağrılı olduğunu bilərək o
dağa, o Oda - ağrılı, (pis mə`nada yox, bu ərazi və bu işıqlara daha doğrusu,
toxunulmaz olan “bəd fikirli olsan - ağrısını çəkərsən”, deyərək onu Müqəddəs hesab
etdilər). Onunla yanaşı, daha ərazinin də, Tanrı Baxışında, Tanrı Nəzərində olduğu
qənaətinə gəldilər.
Amma, bir həqiqət də ondadır ki, sonrakı tarixi mərhələlərdə Azərbaycan və xüsusi ilə
Naxçıvan ərazisinə hərbi yürüşlər edən, bütün sərkərdələrin son yürüşü, və bu
yürüşlərdən süqut mərhələləri başlayıb.
Xronoloji olaraq, tarixləri izləsək, burada təksib olunmaz həqiqətlər aşkar olunacaq.
Sərkərdələrin, başqa ərazilərə nəzərdə tutduğu yürüşlərin uğursuz aqibəti,
Azərbaycandan, Naxçıvandan başlayıb, Naxçıvana yürüşlərindən də elə, süqutları
başlayıb! İşıq Sahibinə, Sahib olmaq olmaz, çünki bu ərazinin Azərbaycanın, İşıq
Sahibi var.
Həmin Qaf (qovv), Ağrı – dağı, Azərbaycan ərazisində, Naxçıvanın (Qərb
istiqamətində) Türkiyə ilə indiki coğrafi sərhəddində, Əzəmətlə yerləşir.
Ağrı - dağ ətəyindən, yer altından qalxan od, min illərlə, əsrlərlə daşlar arasından
alovlandığından, uzun müddət ərzində, o daşlar yanaraq böyük, kiçik (kütləsindən