Page 652 - Vahid Rzayev
P. 652
650
Bu gölün ( orta su tutumlu) tarixi çox – çox qədimdir.
Göldəki ada yer kürəsinə nisbətdə günəşin hündürlük bucağını, hərəkət bucağını
dərəcə - dərəcə bölgülərinin göstəricisinə çevrilir.
Günəşin hərəkət trayektoryasını bildirir.
Naxçıvan ərazisindən o göl, o ada günəşi təşəkkürlə, sevinclə müşayət edir.
Naxçıvan şəhərində maraqlı bir arxitektura incisi də qaya silsiləsi üstündə inşa edilmiş
Mömünə - Xatun türbəsidir.
Türbə on kitabədən ibarətdir. O, əzəmətli türbə bir dayaq üstündə inşa edilibdir. O
türbənin on kitabəsi mə`na daşıyıcısıdır. Yə`ni səhər günəşi çıxdıqda hansı kitabəni
işıqlandırırsa (Şərqdən) günün qürubunda Qərbdə o kitabəni işıqlandırmaqla
tamamlanır.
Əbubəkr Əcəmi Naxçıvani Mömünə - Xatun türbəsini müqəddəs qaya silsiləsi
üzərində inşa edib.
O qaya silsiləsinin müqəddəslik, hifs edici, xilas edici xususiyyəti var.
Qaya silsiləsi indiki Xal – Xal meşəsindən yuxarıya Şimali - Şərq səmtdən başlayır.
Naxçıvan şəhərindən keçməklə Nehrəm kəndinin, Əshabül – Kəhf ( yeddi kimsənələr)
istiqamətində Araz çayına yaxın hissədə sönür.
O qaya silsiləsindən çox saylı su çeşmələri, kəhrizlər axır.
Naxçıvan şəhərində Sarvanlar məhəlləsinin başlanğıcında (Şimal səmt) çeşmə var. O
qaya silsiləsi üzərində Cənuba doğru Kəblə Musa çeşməsi yerləşir. Təxminən 2,5 km
sonra Qızlar bulağı yerləşir. (O Qızlar bulağı sıldırım qayalar arasında qaya
daşlarından çox təmiz, sərin su sızır. O qayaların yuxarı hissəsindən dəfələrlə, kəl
arabası, at arabası, yaşlı adam, uşaq ehtiyatsızlıqdan hündürlükdən qayalar arasına
düşməsinə baxmayaraq, sağ qalmaqla yanaşı heç bir yara da almayıblar. Əhali qaya
hissəsinin müqəddəslik daşıyıcısı olduğuna bir daha əmin olublar)
Sarvanlar məhəlləsində o qaya silsiləsi üzərində ağır seyyidlər Miriş ağa, Mirişlilərin
evləri yerləşirdi. Sonralar onların evi yerində möhtəşəm məscid kompleksi inşa edildi.
Qızlar bulağı ardınca təxminən 1 km məsafədə Mömünə - Xatun türbəsinin aşağı
hissəsində əvvəllər çeşmə axırdı.
Türbənin o sahədə, yüksəklikdə inşasının üç mə`nası var idi. Əvvala müqəddəslik
daşıyıcısı qaya silsiləsi, səhər günəşinin çıxma və batmasında türbənin işıq əhatəsində
olması və o türbənin (Xan diki də deyilir o sahəyə) aşağısından axar çeşmə, türbəni
yer altı sulardan, nəmişlikdən qoruma anlamı daşıyıb.
Amma türbənin aşağısından bir vaxtlar axan çeşmə gözü tutulduqdan yer altı sular
geriyə sıxıldığından türbə nəm çəkmə səbəbindən Şimal səmti güclü nəmişlikdədir.
Mömünə Xatun türbəsindən sonra həzrəti Nuh məzarı, Nuh məqbərəsi yerləşir.