Page 648 - Vahid Rzayev
P. 648

646




                  Bax elə, bu da Gözəldir...
                  15.08.2017

                  ***
                  Həzrəti Nuhla xilas və ərazi

                  Tarixi mənbələrdən Azərbaycan və şərqlə - qərb arasında yerləşən Naxçıvan bir çox
                  tarixçilərin, səlnaməçilərin əsərlərində özünəməxsus yer tutub.
                  Şərqlə  -  qərb  arasında  yerləşən  Naxçıvan  öz  ərazi  və  tarixi  mərhələləri  ilə  yanaşı,
                  tarixi şəxsiyyətləri ilə tanınıb, məhşurlaşıb, diqqət cəlb edib.

                  Azərbaycan  və  Naxçıvan  ərazisi  bir  də  İşıqlar,  odlar  yurdu  kimi  də  yaddaşlarda,
                  tarixlərdə qalıb.
                  İşıq, od, alov dedikdə O, ümid, hərəkət verici, nizamlayıcı, bərabərləşdirmə, bölmə,
                  hasilə  (nəticəyə)  gətirməklə  həcm  qədəri  vermə,  məsafələşdirmə,  rəng  bölgüsü
                  (spektral) temperatur hədlərini bərabərləşdirmə, yaradıcı və s. anlamı daşıyıb.

                  Naxçıvan ərazisində məskunlaşan ilk insanlar oturaq həyatı sürməklə, İşıq anlayışını
                  yaradıcılığa ilkin başlanğıc olduğunu dərk ediblər.

                  Ərazilərini və özlərini İşıq daşıyıcıları olduqlarını anlayaraq, O yaradıcı İşıq şərtlərini
                  pozmadan qoruyurdular.
                  Bu  anlayış,  bu  davranış  ərazisini  və  əhalini  hifs  etməklə  yanaşı  onları  elmə,
                  yaradıcılığa, düşünməyə, düşündürməyə sövq edirdi.

                  Bunlar ilkin səbəb daşıyıcısı olmaqla yanaşı bir də xilas və xilas olmaq idi.
                  Tarixlərdə həzrəti Nuh dövrü tufanı var. Sonrakı mərhələ həzrəti Nuhun o ərazidən
                  Gəmi – qaya, Ağrı – dağ arasında o ərazidə xilası və xilaskarlığı dövrü var.

                  Çox – çox qədim tarix iki mərhələyə bölünüb. Həzrəti Nuh dövrü tufanına qədər olan
                  mərhələ mədəniyyətlər, həzrəti Nuh dövrü tufanı və o mərhələdən sonrakı dövr.
                  Çox düşündürücü bir məqam ondan ibarətdir ki, yer kürəsi boyu baş vermiş o tufana
                  səbəblər nə idi və o dəhşətli tufandan həzrəti Nuh və o ərazidə məskunlaşan insanların
                  xilas olmağına səbəb nə idi?

                  Həzrəti Nuhun o tufandan xilaskarlığı eyni vaxtda o ərazi ilə xilası idi.

                  Tarixlərdə, səmavi kitablarda bizə gəlib çatan həzrəti Nuh tufanı, xilaskarlığın yaddaş
                  daşıyıcısı olmaqla çox önəmli tarixi bir faktdır.
                  Tarixlərdən indiki dövrə qədər gəlib çatan o dəhşətli tufandan, Naxçıvan ərazisi və
                  əhalisi xilas oldular.

                  Çünki  o  ərazidən  tufana  qədər  də,tufan  ərəfəsində  də  insanlar  İşığı,  Tenqrini,
                  Tanqrını, Tanrını çağırırdılar.
   643   644   645   646   647   648   649   650   651   652   653