Anaların səbri dağ yarar…
Səbr etmək … Nəyə səbr etmək və niyə səbr etmək?… Ana!!! Adı kimi özü də əziz olan bir varlıq. Əziz olan nə varsa, onu anaya bənzədirik. Ana təbiət, ana vətən, ana torpaq. Övladımızı da əzizləyəndə ona “Anamsan”-deyirik. Bəs, özümüz analara layiq övlad ola bilirikmi? Ananın zəhmətini, əziyyətini dəyərləndirə bilirikmi? Analarımız kimi ana ola bilirikmi? Cavab tapa bilmirəm, bu nəhayətsiz suallara. […]
