Mirvarid Dilbazi Unutma!

Print Friendly, PDF & Email

Unutma!

Ay cavan oğlan,

İgid, pəhlivan,

Qolun qüvvətli,

Gözün işıqlı,

Boyun ucadır.

Qarşında gedən,

Demə-qocadır.

Onu keçməyə

Tələsmə, dayan,

Ay cavan oğlan!

Yolu getsə ləng,

Etmə onu dəng:

Ağır söz demə,

Dur, itələmə.

Büdrəsə tez tut.

Əlindən qaldır,

Gənclik — qocalıq

Keçib bu yoldan

Baban, nənən də,

Bir gün o yoldan

Keçərsən sən də.

Bunu unutma,

Bu qocaları sən ucuz tutma!

1986 Mirvarid Dilbazi

Kitab: Çiçəkdən çiçəyə

Nəşr: Gənclik 1991-ci il

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.