VƏTƏNİM AZƏRBAYCAN

İlk azərbaycanlı fotoqraf Mircavad Axundzadə. Fotokameranın Çar Rusiyasına gəldiyi vaxtlarda Azərbaycanda ilk fotoları əsasən ruslar və digər millət nümayəndələri çəkiblər. Mircavad Axundzadə isə Azərbaycanı çəkən ilk azərbaycanlı fotoqraf kimi tarixə düşüb. Onun haqqında məlumat çox az olduğuna görə bütün məlumatları bir yerə toplamağı qərara aldıq. Mircavad Axundazadə 1909-cu ildə Bakının Maştağa kəndində anadan olub. Məşhur Axundzadələr nəslindəndir. Atası Seyidağa Axundzadə […]

VƏTƏNİM AZƏRBAYCAN

    Ötən əsri uğurları ilə bəzəyən 5 azərbaycanlı qadın Tarixin istənilən dövrünə təsiri danılmaz olan qadınlarımız geridə qoyduğumuz yüzilliyi də uğurları ilə parlatmağı bacarıb. Gəlin keçmişimizdə öz sözünü deyərək gələcəyimizə yön vermiş və ölkəmizin adını bütün dünyaya eşitdirməyi bacarmış azərbaycanlı qadınlardan beşini birlikdə xatırlayaq.     Leyla Məmmədbəyova Şərqdə ilk qadın təyyarəçi XX əsrin ilk yarısında “SSSR na stroyke” […]

YER KÜRƏMİZ QATARIMIZ

ŞAİR İLHAMINDAN DOĞULAN POEZİYA               Qarşımızda atəşpərəstliyin simvolunu alov dili ilə təcəssüm etdirən bir kitab var. Kitabın adı “Şeir özü çınqıdır”. Çınqı həm də tonqaldan ətrafa səpə­lənən yandırıcı qığılcım deməkdir. Gözəl şeirin özü kimi. “Döndün qövsi-qüzehə” (“Məktəb” 2005), “Nuhçıxan-Naxçıvan” (“Əcəmi” 2006), “Köksüm altda söz döyünür” (“Əcəmi” 2008), “Qarabağdır Azər­baycan” (“Əcəmi” 2010), “Son sevgi məktu­bum” (“Əcəmi” 2012), “Ömür boyda zaman” […]

VƏTƏNİM AZƏRBAYCAN

Orta əsrlərin tanınmış musiqişünası Fətullah Şirvani. Orta əsrlərdə Azərbaycanın ensiklopedik bilik sahibi elm adamlarından biri də musiqişünas alim Fətullah Şirvani olub. O, musiqi ilə bərabər riyaziyyat, həndəsə, astronomiya, coğrafiya, biologiya və ədəbiyyat sahəsində də böyük uğur qazanıb. Musiqi də daxil olmaqla bir sıra elm sahələrinə dair risalə və şərhləri ilə tanınıb. Fətullah Şirvani 1417-ci ildə Şamaxı şəhərində dünyaya göz açıb. […]

Vahid Rzayev, Fikrət Rzayev “Yaranış” haqqında söhbət-I hissə

SÖZÖNÜ   Böyük Yaradanın Özünün Mərhəməti və Lütfündən Yеr üzünün bəşəriyyətinə Göndərdiyi Müqəddəs “Yaranış” Kitabı 1999-cu ilin mayında Bakıda çap еdilmişdir. Kitabda Böyük Yaradan Özü və Müqəddəsləri (Mələkləri), Kainatın, günəşlərin və planеtlərin, o cümlədən Yеrin quruluşu, hərəkətləri haqqında insanlara bilgilər Vеrmişdir. Burada Kainatın və bəşəriyyətin yaranışının ilkin və sonrakı çağları, fərdlərin canlılar aləminə gəlişinin və qayıdışının mə’na və mahiyyəti, həyatda […]

Çoxsahəli Alim Bayram Tahirbəyov barədə

    8 iyul 2021 – ci ildə filologiya elmləri doktoru, professor, görkəmli alim, məşhur tərcüməçi, jurnasist, geniş ixtisaslı filoloq, ensiklopedik erudisiyalı insan B. H. Tahirbəyov vəfat etmişdir.     Tahirbəyov Bayram Harun oğlu 8 fevral 1931-ci ildə Bakıda anadan olmuşdur. Burada orta məktəbi medalla bitirmiş, Moskva Dövlət Universitetində ali təhsil almış, gənclər və partiya, şəhər və respublika mətbuatında rəhbər vəzifələrdə işləmiş, […]

Elman Cəfərov 70

     CƏFƏROV ELMAN MƏHƏRRƏM OĞLU – Rəssam Heykəltaraş 1951 ci ildə Naxçıvan şəhərində anadan olmuşdur – orta təhsilini Əkbər Ağayev adına internat məktəbində almış, orta təhsilini başa çatdırıb 1968 ci ildə Azərbaycan Dövlət Rəssamlıq məktəbinə qəbul olmuş, 1972 ci ildə texnikomu bitirib Naxçıvan şəhərinə qayıtmış və əmək fəaliyyətini və yaradıcılığını Naxçıvan şəhərində davam etdirmişdir. 1975 ci ildə Azərbaycan Dövlət İncəsənət […]

Xəzərin səssiz şahidi “Nargin”

Bayırda zərif və çiskin yağan yağış damlaları daxmamın xəzərə baxan pəncərəsini elə döyür ki, sanki illərdir yoxluğuyla varlığa çevrilən birindən xəbər gətirir. Qapı çırpıntısına səksənib oyanıram xəyallarımdan. Sənələrin arxasından gələn məhzun baxışlı, qəmli yolçunun çəkdiyi qəm karvanı elə qocaltmışdı ki onu, kölgəsini itirmiş günəş kimi öz şəfəqlərində buz kəsmişdi. Saçlarının bəyazından asılan bu qadının siması, nuru və zülməti xatırladırdı. Saçındakı […]

İlk dəfə olaraq Azərbaycanda brokoli yetişdiriciliyi

Brokoli kələm çiçək kimilər fəsiləsinə aiddir. Brokolinin vətəni İtaliyadır. İtalyanca “Brassıca Oleracea“ – növünün İtaliya növ qrupuna aiddir. Hal-hazırda İtaliya, İspaniya, İngiltərə, İsrail, Rusiya, Türkiyə və Amerikanın müxtəlif əyalətlərində yetişdirilir. Amma, bu günə qədər Azərbaycanda yetişdirilməmişdir. Onu ilk dəfə yetişdirmək təşəbbüsünü  öz üzərimizə  götürdük və uğurlu nəticəyə nail olduq.       Qeyd  edək ki, Brokoli tərkibinin zənginliyinə görə çox əhəmiyyətli […]

Akademik Çingiz Qacar barədə

Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, professor, akademik, AMEA Fizika İnstitutunun Molekulyar spektroskopiya laboratoriyasının müdiri Çingiz Oveys oğlu Qacar ömrünün 92 yaşında vəfat edib. Mərhum bu gün II Fəxri xiyabanda torpağa tapşırılıb… Qeyd edək ki, Çingiz Oveys oğlu Qacar 1929-cu il iyunun 6-da Bakı şəhərində anadan olub. Akademikin ulu babası məşhur Qacarlar nəslinin ziyalı və vətənpərvər nümayəndələrindən olan Bəhmən Mirzə Qacar […]

1 9 10 11 12 13 23