Cəlil Məmmədquluzadə Nəsrəddinə təhkiyə poetikası

Print Friendly, PDF & Email

GİRİŞ

Böyük ədəbi şəxsiyyətlər öz ■zamanlarının övladları olmaqla bərabər, lıəm də ədəbiyyat və mədəniyyətlərin zamanlarını yaradırlar. Belə şəxsiyyətlərdən biri də Mirzə Cəlil Məmmədquluzadədir.
Cəlil Məmmədquluzadə (1869-1932) nəinki öz zamanının ədəbiyyatını yaratdı, eyni zamanda o, ədəbiyyata yeni zaman gətirdi.
Sözsüz ki, ədəbiyyat milli prosesdir və hər bir milli böyüklük həm də bəşəri böyüklüyə qovuşur. Mirzə Cəlilin ölməz sənəti də bəşəri böyüklüyə qovuşdu. O, ümumdünya ədəbi qanunları çərçivəsində hər şeydən əvvəl, Şərq və ümumən, Qərb ədəbi üfüqlərində Böyük ədəbiyyatın yeni Poetikasını yaratdı. Mirzə Cəlilin böyüklüyü onun poetikasının bənzərsizliyi və böyüklüyüdür; bu poetika bədii yaradıcılıq sahəsində yeni üslub, yeni ideya, yeni insan və yeni metod demək idi. Bu mənada, C. Məmmədquluzadə bizim milli dünyamızın, milli yaddaşımızın (ümumşərq-türk yaddaşının) yazıçısıdır. Onun ədəbi irsinin yeni təfəkkürdən tədqiq edilməsi və öyrənilməsi də milli yaddaşımızın, ədəbiyyatşünaslığın əsas vəzifələrindəndir. Və hər bir yazıçı kimi, Cəlil Məmmədquluzadə irsinin araşdırılması prosesi, onun öyrənilməsi, ilkin olaraq, tədris edilməsi mərhələsindən başlayır. Burada, şəksiz ki, orta və ali məktəb mərhələləri əsas yer tutur.

Davamı üçün aşağıdakı linkdən kitabı yükləyin 👇

https://disk.yandex.com.tr/i/IylctvL0DullMA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.