Görkəmli vətənpərvər alimimiz, akademik Asəf Nadirov dünyasını dəyişib haqqa qovuşdu…

Print Friendly, PDF & Email

14 mart 2014 – cü ildə 85 yaşını qeyd etdikdən  bir gün sonra (13.03.2014) görkəmli iqtisadçı alim, gözəl vətənpərvər insan, həqiqi ağsaqqal, akademik Asəf  Abbasqulu oglu Nadirov dünyasını  dəyişib – Əbədi Dünyaya – Haqqa qovuşdu.

   Onun gördüyü möhtəşəm işləri saymaqla qurtaran deyil.

     Asəf Nadirovun elmi və ictimai fəaliyyətinin bir hissəsi haqqında müxtəlif mənbələrdə, o cümlədən bizim övraqda (sayt) məlumat verilmişdir.

      Bu yazıda isə məqsəd, Asəf müəllimin gördüyü, lakin cəmiyyətdə az bilinən fəaliyyətinin bir qismi  barəsindədir.

      Bir az keçmişə qayıdaq…

      10 il bundan öncə, 2014 – cü ilin yayının sonunda Andrey Polyakov adlı  bir rus  səyyahı dünyanın hər yerində Nuh Peyğəmbərin gəmisini axtarmaq adı ilə Respublika və Naxçıvan MR rəhbərliyinin xəbəri olmadan Naxçıvana gəlib çıxmışdı: vaxtı, zamanı, öz hesablarına görə düzgün dəyərləndiklərini düşünən A.Polyakov özü ilə guya dünyanın 99 dilini bilən Villi Melnikov adlı birini və başqalarını  Naxçıvana  gətirmişdi. Cəmi 3 gün muxtar respublikanın müxtəlif  yerlərində – Naxçıvan şəhərində, Qarabağlarda, İlanlı dağda, Ordubadda, Əshabi – Kəhfdə və s. yerlərdə olan qrup qədim Naxçıvan barədə sensasion açıqlamalar verməklə bərabər həm də Azərbaycanda elmin olmaması, Nuhun gəmisi barədə araşdırmaların bizim alimlərin apara  bilməyəcəyi barədə  təhqiramiz ifadələrdən də çəkinməyərək fikrlər söyləyirdi.Öz saytında(www.poan.narod.ru) açıq – aydın göstərirdi ki, o bu qənaətə AMEA – nın o vaxtkı prezidenti Mahmud Kərimovla görüşündən sonra gəlmişdir və birbaşa televiziya yayımıyla ışıqlandıralacaq ekspedisiyanın azərbaycanlı alimlər qatılmadan özlərinin aparacağı barədə açıqlamalar verərək Rusiyanın müxtəlif KİV – də və internet saytlarında məlumatlar yayırdı.

      Bu haqda məlumatı olmayanlar  alimlərin və adi vətəndaşların o dövrdə  respublika mətbuatında və müxtəlif KİV – də gedən materialları ilə tanış ola  bilərlər.

      Həmin ziyalılardan biri də bu günlərdə (14.03.2014) haqq dünyasına qovuşan məhhum akademik Asəf  Nadirov idi…

      Bu məsələ ilə əlaqədar olaraq 2005 – ci ilin martında “Kainat” Elmi araşdırmalar mərkəzinin üzvləri Mahmud Mahmudov, mərhum Elman Əliyev (1959 – 2011) və mən AMEA – nın müşaviri  Asəf  Nadirovun qəbulunda olduq.Əsasən A.Polyakovun saytina istinadən ona təqdim etdiyimiz  materiallarla diqqətlə tanış olduqdan sonra Asəf müəllim məsələnin çox ciddi olduğunu söyləyərək, bizim yanımızdaca bir çox yerlərə zəng edərək onları  məlumatlandırdı: Akademik Məhərrəm Məmmədyarovu, Akademik Budaq Budaqovu,Xalq Şairi Nəbi Xəzrini və s; bir qisminə isə tövsiyə və tapşırıqlarını verdi: AMEA – nın Arxeologiya İnstitutunun direktor əvəzi Maya xanıma, Tarıx institutunun rəhbərliyinə  və digərlərinə   yerində tapa bilmədikləri ziyalılarla isə sonra danışacağını bizə bildirdi. Sonda biz ona səmimiyyətinə və vətənpərvərliyinə görə təşəkkür etdikdə O, “Buna sağ ol düşməz, bu bizim vətəndaşlıq borcumuzdur” -dedi.

Bu görüşdən sonra onun tapşırığı və dəstəyi ilə bir çox elmi təşkilatlar və alimlərlə, dövlət qurumları ilə əlaqə yarada bildik.

Əlbəttə ki. A.Polyanovun  qarşısını  Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Dövlətinin Səlahiyyətli qurumları aldı, biz belə olduğuna tam inanıırıq. Məsələ bundadır ki, Asəf Nadirov, Məhərrəm Məmmədyarov, Budaq Budaqov, Nəbi Xəzri, İsa Həbibbəyli, İsmayıl Hacıyev, Nadir Seyidov, Abbas Seyidov, Vəli Əliyev, Vəli Baxşəliyev, Elməddin Əlibəyzadə, Hacı Qadir Qadirzadə, Əjdər Fərzəli və.s.və i.a. kimi alimlər və ziyalıllar, eyni zamanda sadə vətəndaşların bir qismi bu məsələdən narahat oldular,bir qismi mətbuatda çıxış edərək, fikirlərini söylədilər,məsələnin gündəmdən düşməsinə qoymadılar  və nəticədə dövlətə dəstək olaraq çox ciddi bir təhlükənin qarşısının alınmasında müəyyən  rol oynadılar.

 Nəticədə A.Polyakova cavab olaraq həm də f.e.n. Əjdər Fərzəlinin rus dilində “Ноев Ковчег и  Гямигая – Гобустанский алфавит”adlı  kitabı nəşr olunaraq işıq üzü gördü və dünyanın müxtəlif yerlərinə göndərildi, burada da Asəf müəllim öz dəyərli məsləhətlərini verərək köməyini əsirgəmədi.

  Azərbaycan dövlətinin  dəstəkləyərək arxa durduğu bu önəmli məsələnin nəticəsi isə belə oldu:

2005 – ci ildə Naxçıvan MR-da Gəmiqayaya “Nuh – 2005” adlı elmi ekspedisiya təşkil olundu. Ekspedisiyaya Azərbaycan alimləri rəhbərlik edərək, digər ölkə alimlərini də dəvət etmişdilər.

 Sonrakı illərdə Həzrəti Nuh Peyğəmbərin Naxçıvan şəhərindəki çox  qədim məzarı aşkar olundu və Azərbaycan memarlarının layihəsi ilə onun üzərində möhtəşəm məqbərəsi ucaldıldı.

Bu sahədə araşdırmalar daha da genişlənərək elmin bir çox sahələrini də əhatə etməkdədir.

 AMEA – nın o zamankı rəhbərliyindən fərqli olaraq həmin o  elm ocağının müşaviri olan Akademik Asəf Nadirov o dövrdə  əlindən gələni etdi və sonda nəticə Azərbaycanın onun kimi düsünən  önəmli vətənpərvər ziyalı və alimlərinin istədiyi kimi oldu.

 Sağlığında bu məsələni ikilikdə dəfələrlə müzakirə etmişik və hər dəfə onun bu xidmətlərini yada saldıqda, həmişə təvəzökarlıq göstərərək elə eyni şeyi deyərdi: “ Bala, Mirələkbər, bu bizim vətəndaşlıq borcumuz idi,onu da elədik” cavabını  verərdi…

     Keçən həftə 10.03.2014 – cü il tarixində saat 11 – də Akademiyaya İsa Həbibbəylinin qəbuluna getmişdim. Bir az gözləyəsi oldum və içəridən Asəf müəllim çıxdı, salamlaşdıqdan sonra:                                 

    – “Mirələkbər sən nə yaxşı?”dedi.

     –  İsa Həbibbəyli: “Mirələkbərlə işimiz var” dedi.

      – Asəf Nadirov: “hə bildim, lap yaxşı, xeyirli olsun”dedi.

      – Mən: “Asəf müəllim,  İnşallah ayın 13 – də yubileyinizdir” dedim.

      – Asəf Nadirov: “yubiley zad olmayacaq, mən istəmirəm, dövlət mənim əməyimi lazımınca və  həmişə  qiymətləndirib,  yubileyə ehtiyac yoxdur”dedi.

      İçəridə, onu yola salandan sonra İsa Həbibbəyli  də təsdiqlədi ki, “Asəf Müəllim yubiley keçirilməsini istəmir,  ancaq onun haqqında məqalə yazmışam qəzetdə gedəcək”, xahiş etdim bizə də göndərsinlər, övraqa qoyaq.

   Akademik İsa Həbibbəylinin İqtisad elmləri doktoru İsa Əliyevlə birgə akademik Asəf Nadirov haqqında yazdığı “Regional İqtisadi inkişaf elmi mərkəzinin yaradıcısı” adlı məqaləsi Xalq qəzetinin 12 mart 2014 – cü il tarixli sayında (N52) dərc olundu və elə həmin gün də biz onu öz övraqımızda yerləşdirdik…

   13.04.2014 – saat 10. 00  Asəf müəllimə- evinə zəng edib onun 85 yaşını, yaranmasında, qydiyyatdan keçməsind.ə  xidmətləri olmuş “AqRa” EİDİB-in kollektivi adından təbrik etdim və “Xalq” qəzetində dünən onun haqqında  məqalə getdiyini və həmin mətnin eyni ilə bizim övraqda da yerləşdirildiyini  ona çatdırdım.Çoxlu  minnətdarlıq və təşəkkür etdi, mən isə cavabında “Sizin vətənə, xalqa xidmətləriniz yanında bu nədir ki?” cavabını verməyə çalışdım və  Novruz Bayramında gəlib onu görmək istədiyimi bildirdim.  İnşallah……dedi…

Allah Rəhmət eləsin!!!    Ruhu şad olsun!!!

 

“AqRa” EİDİB adından    Mirələkbər  Seyidov, İH-nin sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.