Elm şəhəri – “İçəri şəhər”

Print Friendly

Azərbaycan ərazisi, Odlar, İşıqlar, İşıqlılar ərazisi, çox-çox qədim dövrdən, Dünya tufanından sonrakı mərhələdə, xilas və xilaskarlıq ərazisi kimi, dünya tarixində özünəməxsus yer tutub.
       Belə bir tarixi mərhələnin Dünya tufanı və o dünya tufanından Azərbaycan ərazisi Hz. Nuh dövründə, xilası və xilaskarlığı bir çox Səmavi kitablarda, peyğəmbərlər tərəfindən bir müjdə kimi, yer üzünə gətirilib.
       Azərbaycan ərazisinin, tufandan xilas ərazisi Zərlər, İşıqlılar ərazisi ilkdən, Ur ərazisi kimi adlanırdı. 
       Amma dünya tufanından dəqiq xilas ərazisi Nuh-çıxan, Nuh -çuvan, o xilas ərazisi dünya tufanının baş verdiyi ərazi kimi, Zərlərin, İşıqlıların, Azərlərin, Ər-ənlərin ərazisi kimi, tarixləşib.

       Sonrakı mərhələlərdə, bir çox dünya alfavitlərində “Ə”- fonemi, hərfi işlənmədiyindən “ə”-, “a”- kimi tələffüz olduğundan Arlar-Arilər ərazisi kimi tarixlərdə bu adla adlandırılmağa başlanıb.
        Belə bir ərazi və əhalinin Zərlərin, Azərlərin vətəni, ölkəsi və o ölkədə Arilərin ölkəsində (Ər-lər), dəniz kənarında (miladi tarixi ilə 1500-cü illərdə fiziki coğrafi xəritələrdə), Xa-zar dənizi sahilində, Araz (Zara), çayı axan ərazidə, Arilərin ilkdən məskunlaşması, Mişel De Notrdamın (Nostradamusun) Katren və Sentruilərində yer almışdı. Bu ərazi coğrafi paralələ əsas, 39-40-en dairələrində o ölkənin dəqiq yeri bildirilmişdir! 
         Nostradamus, Zərlər, Azərlər  və  Azərbaycan haqda Katrenlərində daha çox gələcəyə aid, informasiyalar ünvanlamışdır. 
         Nostradamusun yazı üslubu, “Anoqramma”- tipli, yə’ni hərflərin yerini dəyişməklə, bir çox mə’lumatları gələcək üçün, ünvanlayırdı! 
          Anoqramma üslubu ilə, “dördlük, rübai” tərtib etmək çox çətin bir üslubdur. Çünki o üslubda hecalar ölçülərini dəqiq bilmədən, o üslubdan bir şoxları istifadə edə bilmirlər!
          Tarixi mənbələrdə, Azərbaycan, xüsusilə, Bak-ı, şəhəri Elm şəhəri, Ağ işıq şəhəri, kimi tanınırdı!
          Dünyanın bir çox ərazilərindən Azərbaycana, Nuh-çıxana, Bak-ı (ya), elm alıb, elmləri mənimsəməyə gəlirdilər və dolğun təhsil alırdılar!
         Azərbaycanın bir çox coğrafi ərazilərində, Nuh – çıxanda, yer altından şö’lənənən odla bu ərazini, Odlar, A’təşlər, ərazisi kimi məhşurlaşdırmışdı!
         Abşeron yarımadasında, Bakı şəhərində, “şəhər içərisində şəhər”, inşa etməyin mə’nası nə idi?
Məsələ burasındadır ki, baxmayaraq ki, şəhər ərazisi və Bakı buxtası, ərazisinə görə, çox şeniş əraziyə malik idi. 
         Amma “İçəri şəhəri”- məhz bu sahədə inşa edilməyinə səbəb, bu sahədə yer altı Odlar biri-biri arasında simmetrik məsafələri bildirməklə və gündüzlər isə, dəniz sahilinin bu hissəsi, torpaq, parlaq işıq, zər saçırdı!
          Bu səbəbdən, “İçəri Şəhəri”- inşa etməyə bu ərazi seçildi. Şəhər içində şəhər seçildi!
          Dünyanın bir çox ərazilərindən İşıq Elmini öyrənməyə, təhsil almağa böyük axın olduğundan,  belə bir qərar, “Elm şəhəri”- inşa edilməyi zəruri hesab olundu!
          Amma, bu “qala şəhərin”- inşası da, Elmi əhatə etməli, elmi şərtlərlə inşa edilməli, Günəş səthində  gedən  proseslərin bu ərazidə bütün tələbləri nəzərə alınaraq inşa edildi.
İşəri şəhər sahəsinin ölçüləri 11, 33, və 1, 9, 21 şərtlərini özündə cəm etmək şərtləri ilə inşa edildi.
          Elm şəhəri, dörd  əsas  sahəyə ayrıldı, o şəhər daxilində yer aitından şö’lələnən İşığı bir mərkəz (nöqtə), başlanğıc kimi götürürərək, onun ətrafında, Oval tipli Elm şəhəri, inşa edildi!
           Qala daxilində su quyuları, qazılmaqla inşa edilməyə başlandı.
İçəri şəhər mərkəzində yer altından qalxan od, a’təş ətrafından bütün dörd təhsil mə’bədləri inşa edilməklə :

         –  Fəlsəfə. (Şimal səmt, Qoşa  Qala qapısı yanı).

         –  Riyaziyyat, həndəsə. (İçəri şəhər daxilində, Qərb səmtdə).

         –  Astronomiya – Kainat elmi, qamlar, qamm-alar, rənglər elmi, fizika, İşıq elmi. (Qalanın, Cənub səmtində).

          – Biologiya, anatomiya, təbiətşünaslıq, elmləri tədris olunurdu! (İçəri Şəhər daxilində, Qərb səmtdə).

           Bu dörd əsas elmlər və o elmlərin hər biri ayrı-ayrılıqda, bir vəhdətdə öyrənilməsi mütləq və  əsas idi.

           Bu dörd ayrı-ayrı, Elm mə`bədi,  bir sahəyə Qala daxlində,  Mərkəzdə olan yer altından şö`lələnən Oda,  O  meydana  çıxırdı!
           Bu Elm şəhərində təhsil alan o dövr, o tələbələrə, əhali arasında “Elm qapısı” – kimi ad vermişdilər. Çünki, Elm şəhərinə, “Qoşa Qala” – qapısından daxil olduqları üşün, belə adlandırılırdılar. Yə’ni “bu adam, Elm şəhərində, təhsil alır”.

           Qoşa Qala qapısı, İçəri Şəhərin, bütün qapıları arasında yeganə qapı  idi ki, o qapı iki yerə ayrılmışdı. Böyük Fəlsəfi yanaşma ondan ibarət idi ki, o iki bölümlü qapıdan, tələbə və müəllimlər, sağ Çiyindən daxil olub, sağ  Çiyin tərəfdən də, çıxardılır!
           İçəri şəhər, Mu-Alım-ları, (Mu-işıqlılar, tədris edənlər, Alım- ondan öyrənim, bilim), tədricən o ad, Müəllim – kimi tələffüz edilməyə başladı!
           O şəhərdə, İçəri şəhərdə müəllim və tələbələr Ağ (indiki dillə desək, şalvar), geyinərdilər ki, onların Elmlərlə məşğul olanlar, elm təhsil alanlar olduqları, Ağ, Pak, Saf, elmlərə yiyələnəcəyini bildirirdi.
            Bu Ağ  geyim gələcəyə, “Suf elmi”-, Sufilik Ağlıq, Paklıq cəryanının yaranmasına səbəb oldu!
            Mə’zunlar mütləq olaraq Bakı şəhər yaxınlığında, Abşeron yarımadasında olan A’təşgaha toplanar, son olaraq, Elmləri mənimsədikləri kimi, olduğu kimi, bir daha öz ərazilərində Elmləri bir İşıq kimi deyəcəklərini o A’təşgah ətrafında biri-birinə əminliklə bildirərək, ayrılırdılar!

             Buradan,  A`təşgahdan  başlamış bu, “and  bildiriş” – mərasimi, sonrakı mərhələlərdə yer  üzünə yayılaraq, Dünyanın bir çox elm Mə`bədlərində təhsil alan insanlar, aldıqları Elmlərə, son ana qədər, sadiq qalacaqlarına, bir  “and”  kimi, bir qanun kimi qəbul edildi!
             Qayıdan hər tələbə Astronomiya, fəlsəfə, həndəsə, riyaziyyat, biologiya, anatomiya, təbiətşünaslıq, Kainat elmlərini mükəmməl mənimsədiklərinə görə, öz əraziləridə onlara “Elm şəhəri”-adı, verirdilər!
              Bakı şəhəri və içəri şəhər, su xətləri, quyular şəbəkəsi, məişət sularının “daş borular” vasitəsi ilə, şəhərdən kənara nəql edilməsi, çox təqdirəlayiq idi!
Şəhər kənarında, böyük ərazilərdə zeytun, əncir, nar, zə’fəran, üzüm bağları, ipəkçiliklə çox məhşur idi!
              İçəri şəhər ərazisində inşa edulmiş, Günəş mə’bədi, (qız qalası) dörd mərtəbədə, tədris olunan bir çox elmlərin düyün şərti, içəri şəhərin qala divarları, qala qapıları, bir çox hesabatları özündə cəm edirdi.
              İndiki  qız qalasının tədqiq edilməsi üçün, mütləq olaraq dəqiq Astronomiya, həndəsə, riyaziyyat, fəlsəfə, anatomiya, biologiya, botanika, qammalar elmi haqda, dolğun mə’lumatları olan üçün, sirr qapısını açacaq!
              O  içəri şəhər və  Qız qalası o qədər mükəmməl, dəqiq Kainat elmləri, bürclər, planetlər hərəkərinə mütənasib inşa edilib ki, bir o qədər də, dəqiqlik tələb etmədədir!

                                                                                                                                    Vahid Rzaev.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − six =