Görkəmli ziyalı Elman İslam oğlu Əliyevin vəfatından 5 il keçir…

  Elman Əliyev Kim idi?… “Elman Əliyev: Olduğu və göründüyü kimi” kitabından: Elman Əliyev haqqında Əliyev Elman İslam oğlu 1959-cu il yanvarın 11-də Naxçıvan şəhərində anadan olmuşdur. 1966-1976-cı illərdə oxuduğu N. Tusi adına 9 saylı orta məktəb öz əlaçı şagirdində, eyni zamanda, dahi astrofizik və böyük filosofun irsinə dərin məhəbbət oyatmış, C. Məmmədquluzadə adına 2 saylı orta məktəb isə nümunəvi […]

Zaman yaraları sağaldırmı…?

Çətinə, dara düşəndə çox eşitdiyimiz bir fikir… Zaman yaraları sağaldır… Əslində isə zaman yaraları sağalda bilmir! Zaman göynəyən, sızlayan yaraların üzərinə nazik bir tüldən örtük çəkir. Xəfif bir meh, kövrək bir xatirə o tülü alıb uzaqlara aparır, göynəyən, yaralar yenidən qövr edir.          Əzizini itirən, doğmasını əbədi ayrılıqla Haqq dünyasına yola salanların qəlbindəki o ağrını, acını sağaltmağa […]

Ən’ənə ilə müasirliyin bütövlüyü

Təsviri sənətimizin müstəqillik dövrünü əhatə edən inkişaf mərhələsi hələ ki, daha çox bədii axtarışların təzadlı olması ilə diqqət çəkməkdədir. Belə ki, “Bədii şura”ların yoxluğu ilə rəssamların yaradıcılığına duyulası sərbəstlik verilən indiki durumda müxtəlif yaşlı müəlliflərin milli dəyərlərə tapınmalarından daha çox, Qərbdən ixrac olunan “izm”lərə nəzirələr çəkmək tendensiyasının artdığını görməkdəyik.  Hər bir yaradıcının ideoloji bağlılıqdan uzaq olmasının qarşılığında, baş verənləri təbii […]

Ziyadxan Əliyevin İlham Səfərlinin yaradıcılığı haqqında fikirləri

Sənət aləmində bənzərsizlik ən ümdə şərtlərdən biridir. Bu özünəməxsusluq hər bir yaradıcının uzun sürən, böyük zəhmət tələb edən gərgin axtarışlarının sayəsində yaranır. Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən olan İslam Səfərlinin ailəsində dünyaya göz açan İlham Səfərlini sənətsevərlər məhz bu cür fərdi yaradıcılıq üslubuna malik, yaradıcılığı axtarışlarla zəngin olan rəssam kimi tanıyırlar. Ötən əsrin yetmişinci illərindən başlayaraq müxtəlif miqyaslı sərgilərin iştirakçısı olan […]

Nizami Zöhrabini tanıyaq!

Nizami Zöhrabi 1955-ci ildə Yardımlı rayonunun Xanbulaq kəndində anadan olub. 1981-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu bitirib. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Həzrəti Muhəmmədin (s.ə.v.) həyatından bəhs edən “Məkkədən doğan Günəş” adlı 2 hissəli poemasının I hissəsi 2002-ci ildə, II hissəsi 2003-cü ildə, I və II hissələr bir kitab halında 2004-cü ildə oxuculara təqdim olunub. Ölkəmizdə […]

Gülnarə Qənbərova tərcümeyi-hal

Gülnarə Qənbərova Qəzənfər qızı 1965-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1972-1980-cı illərdə Naxçıvan şəhəri Q.Vəzirov adına 6№-li, 1980-1982-ci illərdə Ə.Ağayev adına İnternat məktəbində təhsil almışdır. 1982-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstutunun (Me`marlıq və İnşaat Universiteti) Me`marlıq fakultəsinə daxil olub, 1987-ci ildə həmin instutu bitirmişdir. 1987-ci ildə təyinatla “Naxçıvanaqrosənaye” tikinti birliyinə me`mar kimi işə daxil olmuşdur. Burada işlədiyi müddətdə bir sıra […]

1918-1920-ci illərdə Naxçıvan uğrunda mücadilə vermiş Əli Bəy Əzimbəyov haqqında qeydlər

Vətən tarixinin çox çətin, mürəkkəb və məğrur dövrləri var ki, onları yazmamaq olmur. Çünki o dövrlərdə zamanın tələbi ilə cəsur insanların döyüş hünərləri var.  Bəzən zaman onları unutdurur, amma insan yaddaşı ötüb keçənləri unutmur. Vətən təəssübünü çəkənlərin, onun uğrunda döyüşənlərin adları və şücaətləri isə nəsilbənəsil yaddaşlarda yaşayır. Yaddaşlarda yaşananlar isə tarixdir. Doğrudur, keçmişi və yaşananları dəyişmək qeyri-mümkündür. Amma keçmişdə yaşananları […]

Etiraf

Bu günlərdə yenə şəhid ailəsi ilə görüşürdüm. Bu ailədən ön cəbhədə iki nəfər vuruşub, biri əlində silah tutub, o biri isə sanitar çantası.  Mən bütün bu söhbətləri dinlədikcə, o dəhşətli, müdhiş  mənzərələr gözlərim önündə canlanırdı. Düşünürdüm, İlahi, gör döyüşə gedən ana-bacılarımız nə dəhşətlər ilə üzləşiblər. Tibb bacıları   nə qədər  axan insan qanı, parələnən insan cəsədi görüblər.  Necə polad iradə sahibi olmaq […]

Gəmiqaya-Qobustan əlifbası…

Azərbaycan dilinin, ədəbiyyatının, mədəniyyətinın öyrənilməsində yeni elmi mərhələdir Mərhum araşdırmaçı Əjdər Fərzəlinin (1937-2011) yaradıcılığı bundan sonrakı onillərdə də aktual olacaq. Professor Qara Məşədiyevin alimin yaradıcılığı haqqında qənaətləri maraq doğurur: “Onun saysız araşdırmalar və tarixi müqayisəli təhlillər əsasında aşkar etdiyi, gəldiyi nəticələr elm, xalqımızın qədim və zəngin mədəniyyətinin əl çatmayan  qatlarının aşkarlanması üçün çox gərəklidir. Bunu müəllifin 40 ildə çap etdirdiyi […]

AMEA Folklor İnstitutu Elmi Şurasının növbəti iclası keçirilib

Mayın 4-də AMEA Folklor İnstitutu Elmi Şurasının növbəti iclası keçirilib. İclası Elmi Şuranın sədri, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu – İmanov açaraq gündəlikdəki məsələlər haqqında məlumat verib.     Gündəlikdə duran ilk məsələ – Folklor İnstitutunun 2015-ci il üzrə fəlsəfə doktoru hazırlığı üzrə dissertanturasına qəbul edilmiş dissertantlarının fərdi iş planları b arədə İnsitututun elmi katibi, fil.ü.f.d. Elçin Abbasov məlumat verib. Elmi Şura […]

1 15 16 17 18 19 29