Xalq rəqsləri tariximizi, milli xüsusiyyətlərimizi özündə əks etdirir
Rəqslər bilavasitə xalq musiqisi zəminində yaranıb və inkişaf edib. Əsrlərin sınağından keçmiş Azərbaycan xalq rəqsləri daim inkişafda olub, öz məna və vüsətini, forma və məzmununu dəyişib, təravətlənib. Ölkəmizin elə bir bölgəsi tapılmaz ki, orada xalq rəqslərimiz sevilməsin, onlardan istifadə olunmasın. Xalq şənliklərini, toy mərasimlərini, bayramları rəqssiz təsəvvür etmək mümkün deyil. Rəqslərimiz ürkək baxış- larla, odlu qəlblərlə, çevik gəzişmə- lərlə, zərif […]