Admiral Piri Rəis, Paolo Toskanelli və Martin Valdzemüllerin xəritələri

Əvvəlki araşdırmalarımda müəyyən etmişəm ki, genuyalı dənizçi (Kolumb) hələ özünün birinci transatlantik səyahətini həyata keçirməmişdən əvvəl Atlantik okeanının qərb hissəsində yerləşən nəhəng torpaq ərazisinin konturları çəkilmiş xəritəyə malik idi. Məhz həmin xəritənin sayəsində o, İspan katolik monarxlarına təqdim edəcəyi layihəsini tərtib etmişdi. Xristofor Kolumbun müəmmalı xəritəsinin kökünün araşdırılması müəyyən mənada dolambacı xatırladır. Sözü gedən xəritədə əvvəlcədən çəkilmiş dördüncü qitənin konturları […]

Sadıq Qurban oğlu Qarayev barədə

Həyatı Sadıq Qurban oğlu Qarayev 05.07.1974 – cü il tarixdə Nax. MR – nın Şərur rayonunu Xanlıqlar kəndində anadan olmuşdur. 1991 ci ildə Bakı şəhər  5  nömrəli kimya –biologiya təmayyüllü liseyi bitirmişdir.   Əsas elmi fəaliyyəti  Qarayev Sadıq Qurban oğlu 1997-ci ildə N.Tusi adına ADPU-nin biologiya –kimya fakultəsini bitirmişdir. 1997-2000 ci illərdə AMEA Botanika institutunun aspirantura şöbəsində təhsil almışdır.  2001-2002 […]

Ravil Cəfərov Nadir oğlu (Ravil Nuhvadili) barədə

Müəllifdən Ravil  Cəfərov Nadir oğlu 1968-ci ildə Zəngəzur mahalının, Mığrı(Meğri) rayonunun Nüvədi(Nuhvadi) kəndində doğulmuşdur.Orta məktəbi o kənddə 1985-ci ildə bitirmiş, elə həmin ildə Azərbaycan Texniki Universitetinə daxil olmuşdur. I-ci kursu başa vurub 1986-1988-ci illərdə  keçmiş SSRİ(Sovet Sosialist Respublikaları İttifaqının) ordusunda hərbi xidməti başa vurub, təhsilini davam etdirmişdir. 1992-ci ildə ali məktəbi bitirib “Elektron texnikası mühəndisi” ixtisası üzrə diplom almışdır. Müstəqillik […]

Hər daşın altında bir tarix yatır

GƏMİQAYA MÖCÜZƏLƏRİ AZƏRBAYCAN ərazisində ən qədim və sərarlı təsvirlər qeydə alınmışdır. Qobustan qayaüstü rəsmləri bütün dünyada elmi ictimaiyyətin nəzərini cəlb etmişdir. Bunlar təkcə şəkil, rəsm olmaqla qalmır; eyni zamanda məqsəd, istək bildirən işarələr – təsviri yazılar kimi də maraqlıdır. Bəziləri təsviri və xətti yazıları Azərbaycan ərazisində çox vaxt təkcə Qobustanda axtarırlar. Halbuki diyarımızın bir çox yerlərində bu nümunələrə rast gəlirik. […]

GƏMİ-QAYA: “Ulu keçmişimizə bir nəzər”

   Neçə sənədir ki, görkəmli Azərbaycan alimi və tərcüməçisi Əbülfəzl Hüseyni aramızda yoxdur. Bu yanarlı şəxsiyyət Naxçıvanda, onun qədim abidələri ilə, ədəbi mühiti ilə yaxından məşğul olmuş, bu ulu diyar haqqında onlarca sanballı, elmi-publisistik məqalələr yazmışdır.  Oxucular tərəfindən sonsuz məhəbbətlə qarşılanan həmin yazılar içərisində “Gəmiqaya haqqında”kı elmi-publisistik məqalə vaxtı ilə “Şərq qapısı” qəzetində dərc olunmuş, müəllifə geniş oxucu kütləsi arasında böyük […]

Naxçıvan Mətbəxi

Öz xalqının tarixini bilmək böyük xoşbəxtlikdir. Mədəniyyət tariximizin hər bir səhifəsi maraq doğurur. Bu səhifələri vərəqlədikcə ulubabalarımızın keçdiyi böyük həyat yolu gözlərimiz qarşısında canlanır. Tariximizi, mədəniyyətimizi öyrəndikdə yaddaşlarımız möhkəmlənir, Vətənin hər qa- rış torpağına məhəbbətimiz daha da artır. Unutmamalıyıqki, Vətən torpağının hər qarışında baba və nənələrimizin söhbətləri, elsözləri, geyim- keçimləri, yeyib-içdikləri, yaraq-yasaqları, bayram, qonaqlıq, yas, matəm mərasimləri əbədiləşərək əmanət kimi […]

Naxçıvanda “Xıdır Nəbi” bayramı və Xızır Peyğəmbərlə bağlı inamlar haqqında bir neçə söz

Naxçıvanın bir sıra kəndlərində və Naxçıvan şəhərində fеvral ayında, yəni “qışın оğlan çağında”, “kiçik çillə tüğyan еdən vaxt” xalq arasında “Xıdır Nəbi” adı ilə bilinən mərasim qеyd еdilir. Tоplanmış еtnоqrafik matеriallara əsaslanaraq dеmək оlar ki, bayram Xızır Pеyğəmbərin şərəfinə kеçirilir. Xızır Pеyğəmbər ən çоx çətinlik anında insanlara yardıma gəlir. Qədim Azərbaycan və Anadоlu türklərinin inamına görə, qışın çətin dövründə, hazırlanmış […]

Qədim Gəmiqaya-Qobustan əlifbamız

Əjdər Fərzəli(Əjdər Əliş oğlu Fərzəliyev, 1937-2011) 40 ilə yaxın apardığı tədqiqatlar nəticəsində Naxçıvanda-Gəmiqayada qayaüstü yazılarda və Azərbaycanın digər bölgələrində  Qədim Əlifbamızı kəşf etmişdir.Bu kəşflərin müəllifi olan görkəmli alim  AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutunun böyük elmi işçisi olmuş, filologiya elmləri namizədidir.          Əjdər Fərzəli ümumən 19 kitabın, o cümlədən “Dədə Qorqud” seriyasından 3, “Gəmiqaya-Qobustan” seriyasından 4 elmi kitabın,  300-dən çox elmi və […]

HƏM KOMMUNİSTDİR, HƏM DƏ DEPUTAT… – Həm də Vətəndən uzaqda…

Azərbaycanlıdır. Ancaq Azərbaycanda doğulmayıb. Çünki nəsillərinin taleyində ötən əsrin bir sürgünlük faciəsi var. 1937-ci ildə Azərbaycandan Qazaxıstana və Sibirə sürgün edilənlərin hamısının taleyi bir-birinə çox bənzəyir. Bu gün haqqında danışdığım 45 yaşlı soydaşımız  Məhərrəm Məhərrəmov Qazaxıstanın Taldıkurqan şəhərinin Koksu (yəni Göy su) rayonunun Balpık qəsəbəsində doğulub. Qazaxıstanda bu il keçirilən Parlament seçkilərində qalib gəlib. Azərbaycanlıların ilk deputatı kimi Parlament Məclisində də həm […]

Musiqişünas Jalə xanım Qulamova barədə

Jalə Elman qızı Qulamova 1973-cü ildə Naxçıvan şəhərində ziyalı ailəsində dünyaya gəlib. 1988-1992-ci illərdə Ü.Hacıbəyov adına Naxçıvan  Musiqi  Texnikumunun  «Nəzəriyyə» şöbəsində, 1992-1997-ci illərdə isə Ü.Hacıbəyov  adına  Bakı Musiqi Akademiyasının «Tarix- nəzəriyyə» fakültəsinin «Musiqişünaslıq» şöbəsində təhsil alıb. 1990-1997- ci illərdə Naxçıvan  şəhər 2 saylı uşaq musiqi məktəbində müəllim, 1997-2000-ci illərdə Naxçıvan Dövlət Universitetində baş müəllim, 2003-cü ildən AMEA-nın Naxçıvan  Bölməsinin  «İncəsənət, […]

1 12 13 14 15 16 30