DEYİMLƏR

Print Friendly, PDF & Email

F.- Böyük Yaradanın Deyimləri haqda mənə yenə danış. Bu axır vaxtlarda bu eşitdiklərim mənə artıq qəribə gəlmir, uzaq deyillər. Amma, onları tədricən eşitmiş, dərk etmişəm. Bunları uzun illər ərzində isə hətta məndən də gizli saxlamısan.

V.- Deyimlər 1972-ci ilin sonlarından (28 noyabr) tədricən göndərilməyə başlamışdı. Əvvəllər bu Deyimlərə çox sakitliklə yanaşırdım. Bunlarda heç bir qəribəlik görmürdüm. 27 il ərzində səbr üstündə olub, səbrimlə alınıb bu Deyimlər. Elə bilirdim ki, bu Deyimləri hamı eşidir və hamı bu aləmləri görür. Sənlə İlkin, az-az söhbətlərimdə mənə anlatdın ki, biz insanlar onları heç də eşitmirik və görmürük.

  Musiqi səslənmədən əvvəl musiqi əsərinin (partitura) işarələrinə (musiqi notlarına) İlkdən anlaşılmayan o sirrli, kodlu, yə’ni əslində, musiqi bəstəsindən, ahənglərdən ibarət o notların o “qarİşıq yazılarına” bax…

[F.— Vahid bilir ki, mənim not yazıları ilə tanışlığım yoxdur və doğrudan da onlar mənim üçün “qarışıqlıq” təşkil edir].

V.- O, Kainat ahənginin bir hissəsidir. O böyüklük səslənməsə, o böyüklük deyilməsə, dərk edilərmi?

  İlahi Deyimlər Deyilməsə, Səslənməsə, dərk edilərmi? Deyilərsə, Səslənərsə, dərk edilərsə, o İlahiyyatdan, o İlahi Yaradandan uzaq olmaq olarmı? İlahiyyatı eşidən bilər, İlahiyyatı dərk edən bilər. Bilərsə, Əbədiyyəti bilər; bilərsə, Əbədiyyətə qalxar, Müqəddəsliyə Qalxar.

  Böyük Yaradandan gələn İlahiyyat Deyimləri xəstələr üçün deyil. İlahiyyat xəstəlik deyil. Həm də Böyük Yaradan Əbu Sina (Avisenna) deyil. İlahiyyat (ruhi) xəstəlik deyil, kainatlar xəstəxana deyil. İlahi yazılar əczaxana üçün deyil.

  “Həqq, həqq” deyib, həqq axtarırıq. Həqq göylərdədir, yerdə həqq axtarırıq. “Həqq, həqq, həqq” deməklə, həqq gəlməz. İnsanlar arasında həqq yoxsa, həqq yenib yerə gəlməz.

  Həqsizlik edib, həqsizliklə Böyük Yaradanı bəşər görməz, həqsizlik arasına Böyük Yaradan Yenməz. “Həqq” deməklə həqq görünməz, həqqsizlər arasında həqq görünməz.

  Yaradan Görünməz; biri-birinə inanmayanlar arasında Yaradan Görünməz. Yenməz, Özünü Böyük Yaradan bəyan Etməz. İlahiyyat – İlahiyyatdır.

  O Qara varlıq eşitmir (eşidə bilmir). İlahiyyat Deyimlərini eşitmir. O Qara varlıq halları görür, İlahiyyatı eşitmir. İlahiyyatı eşitmiş olsa idi, Deyim anlarında deyimlərə tə’sir edər, Deyimləri qarası ilə qara edər, saxta edərdi. Bax ki, İlahiyyat haradadır, bax ki, İlahiyyat haradandır. Bax ki, İlahi Deyimlər -Yaradandandır.

  İlahi Deyimləri bəşər gətirmir, gətirə bilməz; Yaradandan olmasa, zəka üstündə, zəka ilə gətirilmir.

 

V – Vahid Rzayev

F – Fikrət Rzayev

 

 

Vahid Rzayev, Fikrət Rzayev “Yaranış haqqında söhbət II hissə” kitabından, səhifə 108 – 109; Bakı, “Nərgiz” nəşriyyatı, 1999 – cu il.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.