Ömür yolumda yanaşı.,

Print Friendly, PDF & Email

Gedək elə bir yerə ki, o yerdə vücudi rahatlıqda olaq. Orada sükutda yox, sakitlikdə  olaq. Dalğaların bir- birinə sevincdə ləpələnməsinə çataq.

Gedək elə bir yerə ki, Günəş işığının başlanğıc anını görək. Günorta günəşi  zirvədə bizlə, birlikdə bilək. Günəşin qürubunu, onun bir də məhəbbətlə işıq saçacağını gözləyə bilək. Sübh günəşini gözləyə-gözləyə Ağ Kəhkəşana yoldaşlıq edək.

Gedək elə bir yerə ki, külək mehribandır deyək, istiləri, doğma bilək. Məzarın, məzarlıqların olmadığı yerə  gedək.

Gedək elə bir yerə ki, yaşıllıqları özümüzlə yanaşı görək, o yaşıllıqlardan özümüzə alaçıq quraq. İşığımıza qayıdışı, İşığa qovuşmağı oradan bilək!

Gedək elə bir yerə ki, sevgini, məhəbbəti yaxınımızda, həsrəti, ayrılıqları isə çox uzaqda bilək!

Gedək elə bir yerə ki, o aləmlər bizimlədir, bizlədir,  sevinclədir,  sevlədir, gözəlliklər əhatəsində gözəlliklədir…

Vahid Rzayev.

Bu məqalə: 03.06.2014 tarixdə, baxış sayı: 823, www.aqra.az saytının Elm kateqoriyasının Fəlsəfə bölməsində dərc edilmişdir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.