Analar…
Kirpiyi ilə köz götürən analar. Övladının ən balaca uğurunu bir dünya bilib sevinən analar…
Sevincini hamı ilə bölən, kədərini hamıdan gizlədən analar…
Səbri nəhayətsiz, dözümü hədsiz olan analar. Övladlarını yayda günəşdən, qışda şaxtadan, havadan, küləkdən qoruyan analar…
Hamından az yeyib, hamından az yatan analar. Yorğunluğunu bacardıqca gizlədib, yalandan özünü şən göstərən, analar…
Övladlar böyüyəndə onların səhv hərəkətlərindən, yanlış addımlarından zərrə-zərrə dağılan analar…
Göz yaşlarını gecələr gizlincə yastığına axıdan, səhəri gülər üzlə qarşılayan analar…
Sizin şəninizə nə yazılsa, nə deyilsə, yenə də azdır!
Öpün anaların titrək, qırışlı əllərini! O əllər ən ali ziyarətdən daha müqəddəsdir!
GülarəMunis