Page 899 - Vahid Rzayev
P. 899
897
Hansı ərazidə,
hansı vilatətdə,
hansı dövlətdə,
hansı qütbdə,
hansı qurşaqda,
hansı cəhətdə,
hansı ərəfədə,
olursan - ol,
o, Yaşamaq şərtləri, müxtəlifdir.
Tək ölümün:
həm yönü,
həm şərti,
həm üzü,
həm tərəfi,
bir rəngli,
bir tərəfli,
bir üzlüdür!
Özü də, özü kimi bərabərlikdə, bir sifətli, bir qaydalıdır!
İnsanın oraya olacaq,
o, səfəri üçün,
bir parça ilə,
bir geyim ilə, örtülmüşü,
bir də, özüdür!
31.01.2018
***
Olanların hamısı...
Kainatın “gözündə, baxışında”, nə kiçik nə də ki, böyük var.
O, Kainatın “baxışında”, olanların hamısı və olanların hər biri, bir bərabərliklə var...
02.02.2018
***