Page 896 - Vahid Rzayev
P. 896

894




                  Dərinliklərdə,  Dəniz-Okeanların  dərinliklərinə  dalanda  səs  tezlikləri  bizim  qulaq
                  eşitmə tezliyinə uyğun eşidilmir. Yə'ni o sıxlıq təzyiqinə görə, qulaq eşitmə pərdəsi
                  çox sıxıldığından, eşitmə mexanizmi, məhdudlaşır.
                  Biz  o  an  eşidə  bilmiriksə  bu  o  demək  deyil  ki,  dərin  sularda  olan  bütün  canlılar,
                  balıqlar da, eşitmirlər.

                  Yox,  əksinə  onlar  da,  su  dərinliklərində,  kiçicik  bir  səsi,  kiçicik  bir  tərpənişi  də,
                  eşidib, duyurlar.
                  Deməli, bütün hallar, ardıcıllıqlar bir - biri ilə bağlılıqdadırlar.

                  30.01.2018

                  ***


                  Kainat da, xəbərdardır daha...
                  Kainatla, bütün varlıqlar arasında Qəribə bir mexanika işləyir!

                  Hər, nəfəsim, hər addımım, hər baxışım, hər düşüncəm, hər istəklərim, hər bir kəlmə
                  sözüm, hər kiminləsə danışığımız, söhbətlərimiz həmin anda Kainata səslənir.

                  Bu səbəbdən, heç cür Kainatdan O - ndan gizlənmək olmur.
                  Səbəb?
                  Bütün  düşünclər,  bütün  istəklər  düşüncə  tezliyindən  asılı  olaraq  “kəlməyə,  sözə
                  çevrilir, görüntüyə çevrilir”.

                  Bütün  Səmavi  kitablarda,  belə  bir  ifadə  keçir,  “sənə  şahidlik  edərlər”, onda
                  düşünərəm ki, “özümdən başqa, kim mənə şahidlik edər ki?”.
                  Bu ifadə, çox mühüm və çox üşündürücü, çox soyuq bir, ifadədir.

                  Yə'ni o ifadənin açımını verdikdə, belə bir mexanikanın işlək olduğunu görürük.
                  Heç vaxt deyə bilmirəm ki, “mən dedim, mən etdim, heç kimin xəbəri olmadı”.

                  O  an,  ilkdən  “özüm-özümə”, daha  şahidəm,  kim  eşitdisə  o,  şahiddir,  hansı  gözlər
                  gördüsə, onlar şahiddir daha, hansı qulaqlar eşitdisə gəlıcəkdə onlar şahid olacaqlar.

                  Bəs bu necə baş verir?
                  Məndən soruşulanda ki, “ay Vahid sən bunları o, anda etdin axı”, israrla deyəcəyəm
                  (şərti olaraq), “yox, elə olmamışdı, başqa cürə idi”, yə'ni özümə həqq qazandırıb, o,
                  cavabdehlikdən  nə  qədər  də,  qaçmaq  istəsəm  də,  həmin  an,  o  ətrafda  olan  bütün
                  hallar, görüntüyə çevrilir.

                  Qulaqlar eşitdiklərinə şahidlik edir, göz o an gördüklərinə şahidlik edir, o an ətrafda
                  nə qədər canlı var idisə onların yaddaşları şahidlik edir, külək, hava, səs, isti, soyuq,
                  dad, iylər, təmaslar, toxunmalar (əl hissləri), masalar, ayaqqabılar, geyimlər şahidlik
                  edir.
   891   892   893   894   895   896   897   898   899   900   901