Page 898 - Vahid Rzayev
P. 898
896
O ərazi, o ərazilər, süzülə - süzülə gedəcəkdir. Nələri istəmişdilər, onlara - onlar,
çatacaqdır.
Bütün istəkləriniz bir Kainatda bir də, Günəşdə əks olunar.
Qədərləri də, onlar bəyan eylər, nələri istəsən onları sənə bölər, onları sənə göndərər.
Yeri sadə bilmə, Günü sadə bilmə, istəklərini addi, tələblərini də, əsas, sadə bilmə.
Bax Gününə, bax onun olan rənginə.
O, Günəşə baxma, gözün görməz olacaq.
Bax ərazinə, bax onun indiki, rəng halına.
Bax fəslin şərtinə.
Günəşsiz, Gündüzsüz nə, nə olar ki?
Aydınlıqları aydınlaşdıran Günəş olmasa idi, Qaranlıqlarda, nə aydınlaşardı ki?
Günəş Yer üzünə işıq saçarsa, elə əlamət də, saçar.
Amma, o Günəş işığını dəyişməyə gücün çatmaz, onu da, aldatmağa sözün çatmaz.
O, eşidər o bilər, o İşığından, öz İşığından, cavablarını bəlli edır.
30.01.2018
***
Nə “kasıb”, nə də ki, “dövlətli”, var...
“Ölüm”, nə kasıbı - kasıb, nə də ki, varlını - varlı, etmir.
Onları, öz aralarında, o, aləmdə, bərabərləşdirir.
O, aləmdə kasıb, “kasıbçılığından”, darıxmır.
Varlı olmuş da, varı ilə, daha qürrələnmir.
“Ölüm”, nə kasıbı - “kasıb”, etmir, nə də ki, dövlətlini - “dövlətli”, etmir.
“Ölüm”, onları, bərabərləşdirir.
Nə, kasıb giley etmir daha, nə də ki, dövlətli qürrələnmir daha.
Çünki, burada daha nə kasıb, bir tərəfə ayrılır, nə də ki, dövlətli bir tərəfə, ayrııır.
Nə “kasıb” var, nə də ki, “dövlətli” var.
Bərabərləşiblər.
Hərə daha, öz dərdindədir, hərə daha, öz aqibətindədir, hərə daha, öz etdikləri ilədir.
31.01.2018
***
Bir gəliş, bir də, qayıdış...