Page 897 - Vahid Rzayev
P. 897

895




                  Qəribə bir sual çıxır ortaya, əgər o an, çay içilirdisə, əgər o an əynimdə olan o geyim,
                  deyək  ki,  köhnəlmişdi tullamışdım  axı,  o  andakı insanlar,  o qulaqlar, o  gözlər indi
                  burada yoxdurlar, indi “onlar”, necə şahidlik edər?
                  Məsələ odur ki, hər bir olan “o an” Kainata yaddaş kimi ünvanlanır, onlar daha Kainat
                  yaddaşında o “anda”, qalanlardır ki, mənim özümə o an bir hal kimi, göstərilər ki,
                  onda həqiqətlər qabağında susaram.

                  Oraya  çatıb  “qədərimi  orada”  istəmirəm  ki,  oraya  çatmadan,  mən  öz  “qədərlərimi
                  etdiklərimlə,     davranış,      hərəkətlərimlə,      düşüncələrimlə”       özümdən        əvvəl
                  bəyanlaşdırmışdım.
                  Vaxt almayım, səmavi kitabda, Bir İfadə, gör ki, “nələri açıqlayar”.
                  Bizim bu danışıqlarımız, hər danışığımızı, hər düşüncəmizi, Kainat dinləyir, bütün bu
                  hallardan, Kainat Xəbərdardır daha.

                  Nə isə....

                  30.01.2018

                  ***

                  Günə bax, gündüzə bir bax...

                  Günəşin də, rəngi müxtəlif - müxtəlifdir.

                  Bir Yerə bax, bir də, Günə bax.
                  Gün o gün, o işığını da, hissə - hissə əlamətlə, salar.

                  Yer üzünün bir yarımkürəsinə düşən, gün işığına bax.
                  Ala - tala, hissə - hissə, pay - pay, bölüm - bölüm.

                  Ərazilərə düşən Günün, İşıq payına bax.
                  Elə ərazi var ki, Günəşin işığı parlaq, qonşu əraziyə düşən o, Günəşin işığı, sanki zəif,
                  sanki bulanıq, sanki soyuqdur.

                  Eyni vaxt, eyni ərəfədir, o Günəş də, eynidir.

                  O eyni olan o Günəşin, o düşən işıq rənginə bax.
                  Hansı əraziyə parlaq, hansı əraziyə bulanıq, hansı əraziyə zəif, hansı əraziyə Gün işığı
                  düşsə də, sanki qaranlıq kimidir.

                  Yer kürəsinin bir yarım kürəsi, Günəş üçün o an eynidir, amma düşən işıq qədərləri
                  eyni deyil, onlar da, müxtəlifdir.
                  Buradan da, nəticə əldə elə.

                  Uzaq ərazilərə düşən Günəş işığına bax, o işıq o an onlar üçün bir əlamət, bir işarədir.
   892   893   894   895   896   897   898   899   900   901   902